Icma.az
close
up
RU
İTM Agentlik sədrinin müşavirinin şirkəti ilə 1.12 milyonluq müqavilə bağlayıb

İTM Agentlik sədrinin müşavirinin şirkəti ilə 1.12 milyonluq müqavilə bağlayıb

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi yeni ilin ilk ən böyük tenderinin qalibini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, dünən bununla bağlı tenderin nəticələri məlum olub.

Belə ki, Mərkəz “İnformasiya təhlükəsizliyi məlumatlarının və hadisələrinin idarə edilməsi həlli”nin satın alınmasına dair müsabiqəsini yenkunlaşdırıb. Həmin tenderin qalibi “CYBER POİNT” MMC olub və bu şirkətlər 1.122.682,77 manatlıq müqavilə imzalanıb.

“CYBER POİNT” MMC-nin rəhbəri haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Şirkətin hüquqi ünvanı kimi, Bakıxanov küçəsi göstərilir. Lakin bu şirkətin əsas qurucularından birinin yüksək vəzifəyə təyinat alması izləri başqa yerə aparıb çıxarır.

Tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, 2022-ci ilin avqust ayından son təyinatına kimi isə “Cyber point” şirkətində Maliyyə departamentinin rəhbəri və direktor müavini kimi çalışan Elvin Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədrinin müşaviri təyin edilib.

Onun hazırda həmin postu tutmasına baxmayaraq, yenə də şirkəti idarə ertməsinə dair iddialar var.

Amma “İnnovasiya və Təchizat Mərkəzi”nin də adı az qalmaqala qarışmayıb. Belə ki, Hesablama Palatası Mərkəzin 2020-2021-ci illərdəki fəaliyyətini araşdırarakən, bir sıra qanun pozuntuları aşkarlayıb. Məlum olub ki, qeyd edilən illərdə Mərkəz 228,1 mln. manat vəsait alıb. Həmin məbləğin 202,5 mln. manatı dərman vasitələri, tibbi ləvazimatlar və materiallarının, 18,7 mln. manatı isə tibbi avadanlıqların alınmasına yönəldilib.

Palata müəyyən edib ki, sözügedən Mərkəz bəzi hallarda illik tələbatdan daha çox dərman alıb. Bu da faktiki tələbatın müəyyənləşdirilməməsi və paylanmada nəzərə alınmaması proqramlar çərçivəsində xəstəxanalar üzrə bir xəstəyə düşən vəsaitin məbləğinin nəzərəçarpacaq dərəcədə fərqlənməsi ilə nəticələnib.

Bundan başqa, Auditlə Mərkəz tərəfindən 2018-2021-ci illərdə alınmış 100 halda 3342,5 min manat məbləğdə tibbi avadanlıq, inventar və ehtiyatlar, eləcə də, 2018-ci ildə 2 halda humanitar qaydada verilmiş 622,9 min manat məbləğdə hemodializ avadanlıqları, eləcə də cəmi 215,0 min manat məbləğdə tibbi ləvazimat və dərman vasitələrinin istifadə müddəti bitənədək anbarda istifadəsiz saxlanıldığı müəyyən edilib. Eləcə də, hüquqi aktların tələbləri pozularaq 1,2 mln. manat məbləğində dərman vasitəsinin istifadə təlimatları azərbaycan dilinə tərcümə olunmayıb.

Hesaablama Palatasının araşdırmasından məlum olub ki, eyni molekulyar tərkibə, lakin fərqli qiymətlərə malik dərmanlar üzrə bəzi hallarda daha ucuz qiymətlər tətbiq edilməyib. Nnəticədə, həmin hallar üzrə daha çox vəsait istifadə olunub.

Bu azmış kimi, İnnovasiya və Təchizat Mərkəzi funksional fəaliyyət tələbata və dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində təşkil edilməmiş, 847,9 min manat məbləğində dövlət vəsaitinin akkreditiv hesablara köçürülməsi ilə faktiki olaraq istifadə olunmadığı halda büdcə vəsaitlərinin kassa icrasına aid edilmiş, bu isə hesabatlarda təhriflərə yol açıb.

Maraqlıdır ki, sözügedən mərkəz müqavilələrdə yararlılıq müddəti istehsal tarixindən ən azı 60,0% səviyyəsində müəyyən edilsə də, 6 adda dərman vasitəsinin yararlılıq müddəti 30%-dən aşağı, 10 adda dərman vasitəsinin yararlılıq müddəti 30-40%, 36 adda dərman vasitəsinin yararlılıq müddəti 40-50% və 129 adda dərman vasitəsinin yararlılıq müddəti 50%-60% aralığında olmuşdur. “Mərkəz tərəfindən qiymət intizamına nəzarət edilməmiş, bir sıra hallarda obyektiv iqtisadi səbəblər olmadan bəzi malların alınması zamanı daha baha qiymətlər tətbiq olunmuş, eləcə də auditin əhatə etdiyi illərdə eyni mal üzrə fərqli qiymətlərlə alışlar həyata keçirilmiş,  eyni dərman vasitələri bəzi müqavilələrdə və podratçılardan bir il daxilində fərqli qiymətlərlə alınmışdır”.

Hesablama Palatası həmçinin müəyyən edib ki, ölkədə bu sahədə alışı həyata keçirən qurumlar üzrə məlumatların müqayisəsi ilə eyni dərman vasitəsi üçün bəzi hallarda Mərkəz tərəfindən, bəzi hallarda isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və TƏBİB tərəfindən müqavilələr daha yüksək qiymətlərlə bağlanılıb.

Rəsmi məlumatda qeyd edilir ki, həmin dövrdə tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin yüksək müəyyənləşdirilməsi halları, eləcədə audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlər və cinayət tərkibinin əlamətlərinin olma ehtimalı nəzərə alınaraq auditin nəticələri barədə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Yazıda adı keçən şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Yanvar 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri