Icma.az
close
up
RU
“İtmiş quş”: Qırğından sağ çıxan körpənin faciəli taleyi

“İtmiş quş”: Qırğından sağ çıxan körpənin faciəli taleyi

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu, Amerika tarixinin ən dəhşətli səhifələrindən birini yaşamış balaca bir qızın hekayəsidir. Onun məzar daşının üzərində cəmi iki söz yazılıb: “İtmiş quş” (Lost Bird).

Onun adı Zintkala Nuni idi. 1890-cı ilin yazında Cənubi Dakota ştatında, Lakota hindu tayfasında dünyaya gəlmişdi. Uşaqlığı doğma xalqının arasında, əcdadlarının torpağında, öz dilini və adət-ənənələrini öyrənərək keçməli idi. Lakin tarixin onun üçün tamam başqa planları vardı.

XIX əsrin sonlarında Lakota xalqının həyatı sürətlə məhvə doğru gedirdi. Şimali Amerikanın yerli əhalisinin mövcudluğu üçün həyati əhəmiyyət daşıyan bizon sürüləri demək olar ki, yoxa çıxmışdı. Hindular rezervasiyalara köçürülür, onlara ayrılan ərzaq payları azaldılır, qorxu və ümidsizlik isə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilirdi.

Belə bir şəraitdə Lakota icması arasında “Ruhların rəqsi” (Ghost Dance) adlı dini hərəkat geniş yayılmağa başladı. Bu hərəkatın tərəfdarları inanırdılar ki, mənəvi dirçəliş sayəsində əvvəlki həyatlarını və itirdikləri dünyanı geri qaytara biləcəklər. Lakin Amerika hakimiyyəti bu hərəkatı mümkün üsyanın əlaməti kimi qiymətləndirdi. Gərginlik getdikcə artdı və nəticədə Vunded-Ni dərəsi yaxınlığında qanlı faciə baş verdi.

29 dekabr 1890-cı ildə Lakota xalqının düşərgəsi kütləvi qırğın meydanına çevrildi. Amerika əsgərləri qadınların, qocaların və uşaqların da olduğu dinc insanların üzərinə atəş açdılar. Yüzlərlə insan öldürüldü. Bir neçə gün sonra isə güclü qar fırtınası ərazini bürüdü. Həlak olanların cəsədləri qar altında qaldı. Sanki bütöv bir dünya həmin qarın altında əbədi olaraq susdu.

Dörd gün sonra həlak olanları axtaran xilasetmə qrupu zəif uşaq səsi eşitdi. Qrupda Dakota xalqının nümayəndəsi, həkim Çarlz İstman da vardı. Öldürülmüş bir qadının bədəninin altında, qarla örtülmüş və anasının donmuş bədəni tərəfindən soyuqdan qorunmuş balaca bir qız uşağı tapıldı. Körpə hələ də sağ idi.

Artıq heç kim onun əsl adını bilmirdi. Anası öldürülmüşdü və onunla birlikdə körpənin kimliyini, hansı ailəyə mənsub olduğunu müəyyənləşdirmək imkanı da itmişdi. Lakota xalqı ona Zintkala Nuni – “İtmiş quş” adını verdi.

Bir müddət sonra qız Nebraska Milli Qvardiyasına komandanlıq edən amerikalı general Leonard Kolbin himayəsinə keçdi. General uşağı həyasızcasına “özünün müharibə qəniməti” adlandırdı, onu evinə apardı və həyat yoldaşı Kların əvvəlcədən razılığını almadan övladlığa götürdü.

Beləliklə, öz xalqına qarşı törədilmiş kütləvi qırğından sağ çıxan körpə tamamilə yad bir dünyada, kiminsə “qəniməti” kimi yaşamağa məcbur oldu.

General tezliklə uşağa marağını itirdi. Lakin həyat yoldaşı Klara onu sevdi, gözəl geyindirir, qayğısına qalmağa çalışırdı. Bununla belə, ağdərili Amerika cəmiyyətində böyümək Zintkalanı irqçilikdən və yadlaşmadan xilas etmədi.

Onun uşaqlığı yad evlər və məktəblər arasında keçirdi. Doğma mədəniyyəti isə onun üçün əlçatmaz bir dünyaya çevrilmişdi. Görünüşünə və dəri rənginə görə başqalarından fərqləndiyini anlayırdı, amma əsl mənşəyini bilmirdi. Əcdadlarının dilini öyrənməmiş, öz köklərini və kimliyini dərk edə bilməmişdi.

Gənclik illərində həyatı daha da ağırlaşdı. Cəmi 17 yaşında nikahdankənar hamiləlik yaşadı, övladını itirdi və həbsxanaya düşdü. Sonralar sirk şoularında çalışdı, müxtəlif əyləncə proqramlarında çıxış etdi, şəxsi həyatını qurmağa çalışdı.

Lakin yetkin yaşlarında belə Zintkala uşaqlıqda əlindən alınmış ən vacib şeyi – öz xalqı ilə bağını axtarmaqda davam edirdi.

Doğmalarını tapmaq və öz köklərinə qayıtmaq ümidi ilə üç dəfə Cənubi Dakotaya səfər etdi. Ancaq hər dəfə soyuq və təkəbbürlü münasibətlə qarşılaşdı.

Bir qisim insan üçün o, artıq ağdərililər arasında böyümüş yad bir qadın idi.

Digərləri üçün isə öz xalqının dilini bilməyən, adət-ənənələrindən xəbərsiz biri.

Beləcə, Zintkala iki dünyanın arasında qalmışdı. Nə böyüdüyü cəmiyyətdə, nə də mənsub olduğu xalqın arasında özünü tamamilə doğma hiss edə bilirdi. Sanki heç bir dünyaya aid deyildi.

Ömrünün son illəri yoxsulluq və xəstəlik içində keçdi. İlk həyat yoldaşı onu sifilis xəstəliyinə yoluxdurdu. Həmin dövrdə bu xəstəliyin müalicəsi mümkün deyildi. O, övladlarını, sevdiyi övladlığa götürən anası Klaranı itirdi. Ardınca sakit və xoşbəxt həyat qurmaq ümidləri də puça çıxdı.

14 fevral 1920-ci ildə, İspan qripi pandemiyası zamanı Zintkala Kaliforniyada vəfat etdi. Onun cəmi 29 yaşı vardı.

Onu yoxsullar üçün ayrılmış adsız bir məzarda dəfn etdilər. Smma bu hekayə burada bitmədi.

1991-ci ildə yazıçı Rene Sansom Fludun səyləri nəticəsində Zintkalanın qalıqlarının yeri müəyyənləşdirildi və onlar Cənubi Dakotaya qaytarıldı. Qız Vunded-Ni yaxınlığında, öz xalqının kütləvi məzarlığının yerləşdiyi ərazinin yanında yenidən dəfn edildi.

Nəhayət, o, evinə qayıtmışdı. Məzar daşının üzərində isə iki söz yazıldı: “Lost Bird” – “İtmiş quş”.

Anasının cansız bədəninin altında, qarla örtülmüş bir ərazidə tapılan balaca qız yalnız ölümündən 70 ildən çox vaxt keçdikdən sonra öz doğma torpağına qayıda bildi.

Bəzən insanın ən böyük faciəsi yaşamaq uğrunda mübarizədə qalib gəlib, ömrünün sonuna qədər kim olduğunu, haradan gəldiyini və əslində hara aid olduğunu axtarmağa məhkum edilməsidir. Zintkala Nuni isə bütün ömrü boyu itirdiyi və heç vaxt tam tapa bilmədiyi bir evin həsrəti ilə yaşadı.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Noyabr 2026 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri