Icma.az
close
up
RU
İttihamlar göstərir ki, Bayden administrasiyası dövlətin və cəmiyyətin maraqlarını şəxsi biznes maraqlarına qurban verib ŞƏRH

İttihamlar göstərir ki, Bayden administrasiyası dövlətin və cəmiyyətin maraqlarını şəxsi biznes maraqlarına qurban verib ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Audit Cozef Bayden administrasiyasında korrupsiya aşkarlayıb. Belə ki, ABŞ-ın 46-cı prezidenti Cozef Baydenin administrasiyasının Ukrayna hərbçilərinin reabilitasiyası üçün nəzərdə tutulduğu iddia edilən oyun konsolları və proqram təminatının saxta alışına 144 milyon dollar xərclədiyi məlum olub. Donald Trampın inauqurasiyasından sonra başlanmış audit göstərib ki, əslində bir dənə də olsun dəst alınmayıb, onlar yalnız kağız üzərində mövcud olub. “USA Today” xəbər verir ki, bundan əlavə, eyni reabilitasiya proqramı çərçivəsində kurslara büdcədən 18 milyon dollar ayrılıb.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev mövzunu AZƏRTAC-a şərh edərkən deyib ki, korrupsiya hər zaman dövlət hakimiyyətinin mühüm problemlərindən biri olub.

Ə.Nuriyev xatırladıb ki, Bayden administrasiyasının hakimiyyəti dövründə korrupsiya ilə bağlı müxtəlif ittihamlar zaman-zaman səsləndirilib, o cümlədən onun oğlunun biznes fəaliyyəti ilə bağlı şübhələr olub, ABŞ-ın beynəlxalq yardımların şəffaflığı üzrə dövlətin prinsiplərinə riayət etməməsi geniş müzakirələr yaradıb. Auditin keçirilməsindən sonra ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin administrasiyasına qarşı hazırda irəli sürülən ittihamlar göstərir ki, dövlətin və cəmiyyətin maraqları şəxsi biznes maraqları və siyasi məqsədlər üçün qurban verilib. Cozef Bayden korrupsiya sövdələşmələrində ittiham olunmasının əsas səbəblərindən biri də bundan ibarət olub ki, vaxtilə onun oğlu Hanter Bayden Ukrayna və Çin şirkətləri ilə sövdələşmələrinə girib. Xüsusilə onun enerji şirkətlərindən birində yüksək vəzifə tutması, atasının vitse-prezident olduğu dövrdə siyasi təsirindən istifadə edərək müqavilənin imzalanması qeyd olunmalıdır. Məhz Hanter Baydenin qazandığı vəsaitlər onun atasının siyasi vəzifəsi hesabına artırılıb.

Əliməmməd Nuriyev bildirib ki, 2024-cü ildə Cozef Baydenin oğluna qarşı vergi qaçaqmalçılığı və qanunsuz silah saxlamaq ittihamları irəli sürülməsinə baxmayaraq, o, Hanter Baydeni əfv edib. Eyni zamanda bu qərar hüquqi-əxlaqi və siyasi baxımdan ciddi suallar doğurur. Eyni zamanda bu, korrupsiyanın növlərindən biri kimi qiymətləndirilir.

Hazırda aparılan audit nəticəsində Ukrayna üçün ayrılan yardımların necə xərclənməsi ilə bağlı məsələlər artıq aktuallaşıb. Bu hesabatlarda ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin administrasiyası Ukrayna hərbçilərinin reabilitasiyası üçün nəzərdə tutulmuş 144 milyon dolları oyun konsolları və proqram təminatının saxta alınmasına xərcləndiyi iddia olunur. ABŞ-da audit yoxlamasından sonra əgər bu ittihamlar doğru olarsa, onların aşkarladığı məsələlər məhkəmə prosesində təsdiqini bir daha tapacaq. Çünki burada böyük dövlət vəsaitlərinin mənimsəməsi, korrupsiya sövdələşməsi mövcuddur. QHT rəhbəri xatırladıb ki, ABŞ bəzən qlobal korrupsiya təşəbbüslərində lider kimi çıxış edir: “Ancaq bu o demək deyil ki, onun hökumət strukturlarında korrupsiya yoxdur. Hazırda barəsində danışdığımız faktlar onu göstərir ki, ABŞ-da korrupsiyaya qarşı mübarizə aparan qurumlar olsa belə, onlar bəzən siyasi maraqlara xidmət edən qərarlar qəbul edirlər. Eyni zamanda öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya sövdələşmələrinə şərait yaradırlar. Bu onu göstərir ki, elə Bayden administrasiyası dövründə onun korrupsiya ilə mübarizəsi yalnız rəqib partiyalara, eyni zamanda, xarici ölkələrə tərəf yönəlmişdi. Bir sıra hallarda korrupsiyaya qarşı mübarizədən siyasi silah kimi istifadə olunurdu”.

Əliməmməd Nuriyev diqqətə çatdırıb ki, digər tərəfdən, Cozef Baydenin rəhbərlik etdiyi Demokratlar Partiyasında ABŞ Konqresinin üzvü olan bir çox şəxs korrupsiya qalmaqallarında ittiham olunur: “Bu da onu sübut edir ki, ABŞ-da ən yüksək vəzifəli şəxslər, prezident, onun yaxınları, övladları və silahdaşları, partiya üzvləri yüksək məbləğli korrupsiya sövdələşmələrində birbaşa iştirak edirlər. Bu, həm də ABŞ-ın başqalarına korrupsiyaya qarşı mübarizə də “dərs demək” iddiasında olmasını böyük şübhə altına alır. Ümidvaram ki, korrupsiya sövdələşmələrinə yol vermiş yüksək vəzifəli şəxslər bu araşdırmalar nəticəsində məhkəmə qarşısında çıxacaq və ədalətli qərarlar qəbul olunacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri