İttihamları qətiyyətlə rədd edirəm İmamoğlu
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “korrupsiya” istintaqındakı ifadəsi tamamlanıb.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İmamoğlu barəsindəki ittihamları rədd edib.
“Mən heç bir cinayət törətməmişəm. İttihamları qətiyyətlə rədd edirəm. İstintaq böhtan və cinayət uydurmağa yönəlib və heç bir məntiqi, hüquqi və inandırıcı tərəfi yoxdur.
Heç bir cinayət törətmədiyim üçün təsirli peşmanlıq müddəalarından faydalanmaq istəmirəm. Əslində burada olmağımın yeganə səbəbi mənə qarşı başladılan siyasi müdaxilə və mübarizə modelidir”, - o bildirib.

İmamoğlu ifadə verib İttihamları rədd edir (YENİLƏNİB)
21 Mart 2025 22:00
Əkrəm İmamoğlu və digər şəxslər həbs ittihamları ilə məhkəməyə aparılıb
23 Mart 2025 08:11
Astana ittihamları rədd edir
21 May 2025 14:11
Ölkəmizi hədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd edirik
21 Noyabr 2024 21:34

