Icma.az
close
up
RU
IV Uşaq Kitab Festivalı: kitaba və bili yə sevginin təntənəsi

IV Uşaq Kitab Festivalı: kitaba və bili yə sevginin təntənəsi

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kitab sevgisinin aşılandığı, uşaqları biliklərlə zənginləşdirən, onların təxəyyülünü və yaradıcılığını qidalandıran bir tədbirə şahid olmaq - bu, yalnız bir festivalın gerçəkləşməsi deyil, bütöv bir düşüncə tərzinin sevincidir. Bu il keçirilən IV Uşaq Kitab Festivalı da məhz belə bir ruhda baş tutdu.  Festivalda həm "Valideyn məktəbi" layihəmizlə, həm də müəllifi olduğum "Valideyn məktəbi - Ana olmaq" adlı kitabımla iştirak etdiyim üçün ikiqat məsuliyyət və sevinc hissi yaşayırdım.

Festival gözlədiyimdən daha möhtəşəm və uğurlu keçdi. Hələ festivaldan öncə hiss etdiyim o həyəcan, hazırlıqlar zamanı içimdə dolub-daşan gözləntilər sanki içimdəki bir uşağın sevinci ilə birləşmişdi. Lakin o gün gördüklərim bütün təsəvvürlərimi aşdı.

İnsan izdihamı ilə dolu bir məkan, əl-ələ tutmuş valideyn-uşaqlar, kitab seçməkdə qərarsız qalan uşaqlar, müəlliflərlə görüşməyi səbirsizliklə gözləyən yeniyetmə və gənclər... Bu, kitabın, bilik və sevginin təntənəsiydi.

Məkanın hər küncündə uşaq səsi, kitab vərəqləyənlərin həyəcanı və saf gülüşlər var idi. Uşaqların sevinc səsləri hələ də qulaqlarımdadır. Onlardan biri yaxınlaşıb mənə dedi: "Bu kitab mənim xəzinəm olacaq!" - bu cümlə içimi elə titrətdi ki... Bir başqasının boynuna asdığı kitab çantasını göstərib, "Baxın, müəllimə, içi xəyallarımla doludur!" deməsi isə qəlbimə iz saldı. Bu qədər saf, bu qədər ümid dolu baxışlara şahid olmaq, mənə bir daha göstərdi ki, doğru yoldayıq.

IV Uşaq Kitab Festivalı uşaqlar üçün sadəcə kitab satışı tədbiri deyildi, həm də yazarlarla tanışlıq, nağıl saatları, səhnəciklər və interaktiv fəaliyyətlərlə zənginləşmiş bir təcrübə idi. Ən çox təsirləndiyim məqamlardan biri isə kitab seçən bir uşağın atasına dediyi bu sözlər oldu: "Ata, bu kitabda yazılıb ki, hər gün kitab oxuyan uşaqların xəyalları daha güclü olur. Mən də xəyal qurmaq istəyirəm!" Bu cümlə Festivalın mənəvi dəyərini izah etmək üçün bəlkə də yetərlidir.

"Valideyn məktəbi: Ana olmaq" kitabımın imza mərasimi xüsusi maraqla qarşılandı - müxtəlif yaşda valideynlərin, xüsusilə də ataların bu mövzuya diqqət göstərməsi mənim üçün çox dəyərli və ruhlandırıcı idi. Simalardakı təbəssüm, valideynlər üçün bir ədəbiyyatın olmasına təəccüb qarışıq sevinən ana və atalar, kitabla və müəlliflə şəkil çəkdirməyə çalışan uşaqlar - hər biri film kadrı kimi hafizəmdə xüsusi yer aldı. Hələ bir uşağın kitabı göstərərək "Ana, bax, burda tək bizin üçün deyil, həm də sənin üçün də kitab var" deməsi məni məndən almışdı. Bütün bunlar içimi işıqlandırır, ruhumu oxşayırdı.

Festivalda "Valideyn məktəbi" adına bir panel təqdimatımız da oldu. Səhnə qarşısında dayanan analar, atalar, müəllimlər, suallar verənlər, maraqlananlar, təşəkkür edən insanlar - bu layihənin necə böyük bir ehtiyacdan doğduğunu bir daha sübut etdi. Mənim üçün ən dəyərli anlardan biri də bir ananın yaxınlaşıb: "Sizin bu layihəniz sayəsində qızımla daha yaxşı ünsiyyət qurmağa başlamışam" - deməsi oldu. Bu, illərlə üzərində çalışdığımız işin bəhrəsi idi.

Təxminən 1 saat davam edən bu təqdimat həm uşaqlar, həm valideynlər, həm də müəllimlər tərəfindən maraqla qarşılandı. Tədbir anşlaqla keçdi. Paneldə millət vəkili, pedaqoq, psixoloq, gənc, yeniyetmə, müəllim, valideyn və uşaq bir araya gəldi, valideyn-övlad münasibətləri mövzusunda səmimi müzakirələr aparıldı. Aldığım geridönüşlərdən dolayı deyə bilərəm ki, bu cür fərqli yanaşma hər tərəfin baxış bucağını təqdim etməyə imkan yaratdı və münasibətlərin sağlam qurulması üçün real nümunələr ortaya qoydu. Burada valideynlərlə söhbətlərimiz, uşaqların psixoloji inkişafında kitabın rolu haqqında verdiyimiz mesajlar və qarşılıqlı paylaşım tədbirin mənim üçün ən yaddaqalan məqamlarından oldu.

Bir sözlə, bu Festival mənim üçün adi bir tədbir deyildi. Bu, həm də gələcəyə olan inamın, uşaqların gözündəki ümidin, cəmiyyətin kitaba verdiyi dəyərin təzahürü idi. Qəlbim sevinc, minnətdarlıq və məsuliyyət hissi ilə doludur. Bu gözəlliyin bir parçası olmaq, fayda vermək və xatirələrə bir iz buraxmaq sözün əsl mənasında xoşbəxtlikdir.

IV Uşaq Kitab Festivalı təşkilatçılıq, proqramların zənginliyi və cəmiyyətə verdiyi mesaj baxımından çox dəyərlidir. Belə təşəbbüslər təkcə oxu mədəniyyətini təşviq etmir, eyni zamanda ailə institutunun, uşaqların və gənclərin sosial-emosional inkişafına müsbət təsir göstərir. Kitab, uşaq və valideyn birliyini möhkəmləndirən bu kimi tədbirlərin davamlı olması, sadəcə uşaqların deyil, bütöv bir cəmiyyətin gələcəyə aparan yoludur.

Aysel RƏSULZADƏ,
Pedaqoq, "Valideyn məktəbi: Ana olmaq" kitabının müəllifi, Green Start Academy Psixologiya, Təlim və İnkişaf Mərkəzinin direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Aprel 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri