Icma.az
close
up
RU
İxrac azaldı, yanacaq qıtlığı yarandı Ukraynanın hücumlarından sonra Rusiyada SON VƏZİYYƏT

İxrac azaldı, yanacaq qıtlığı yarandı Ukraynanın hücumlarından sonra Rusiyada SON VƏZİYYƏT

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya-Ukrayna müharibəsi yalnız təmas xəttində aktiv olaraq davam etmir. 4-cü ilinə yaxınlaşan müharibədə son aylar ərzində tərəflər bir-birlərinin əsas infrastruktur obyektlərinə də zərbələr endirir.
Xüsusən neft emalı müəssisələri, ixrac boru xəttləri dron hücumları ilə yararsız vəziyyətə gətirilir.
Bəs bu cür hücumların yaratdığı çətinliklər nədən ibarətdir?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun Siyasi və İctimai Kommunikasiyalar kafedrasının dosenti, iqtisadçı Nikolay Kulbaka bildirib ki, Ukraynanın PUA hücumları Rusiyada kifayət qədər ciddi problemlərə səbəb olub:
 

“Çünki Ukrayna vaxtaşırı neft emalı zavodlarını, neft bazalarını, digər enerji infrastrukturunu, o cümlədən İstilik Elektrik Stansiyalarını hədəf alır. Hazırda neft sənayesi üçün risklərdən danışsaq, demək lazımdır ki, bu hücumlar ilk növbədə benzinin və dizel yanacağının istehsalına ciddi təsir göstərir. Xüsusilə benzinlə bağlı vəziyyət daha ağırdır, dizel yanacağı ilə bağlı durum isə bir qədər stabildir.


Amma əsas məsələ odur ki, bu vəziyyət Rusiyanın neft məhsulları ixracının azalmasına səbəb olur. Söhbət ilk növbədə benzin və dizel yanacağından gedir. Ölkə daxilində benzin və dizel yanacağı çatışmazlığı kritik səviyyədə deyil, lakin hiss olunur”.
Kulbaka qeyd edib ki, neft ixracında hələlik ciddi problem yoxdur.
“Əksinə, neft emalı müəssisələrində yaranan çətinliklər səbəbilə şirkətlər neft məhsulları əvəzinə xam nefti ixraca yönləndirməyə məcbur qalırlar. Yəni xam neft ixracına təhlükə yoxdur, təhlükə neft məhsullarının ixracına aiddir.
Daxili tədarüklərə gəlincə, burada problemlər daha çox lokaldır. Bunun əsas səbəbi Rusiyada neft emalı zavodlarının bir-birindən çox uzaqda yerləşməsidir. Regionlar arasında neft məhsullarının daşınması mühüm rol oynayır və pilotsuz uçuş aparatlarının hücumu nəticəsində hər hansı bir NEZ təmirə dayananda həmin region dərhal yanacaq çatışmazlığı yaşayır.
Beləliklə, ölkə üzrə ümumi miqyasda kəskin yanacaq qıtlığı yoxdur. Vəziyyət çətindir, amma kritik deyil.
Lakin logistik çətinliklər və ölkənin böyük əraziyə malik olması səbəbindən lokal problemlər yaranır və yaranmaqda davam edəcək”.
Tehran Orucoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri