Icma.az
close
up
RU
İxtisas seçimi: Gələcəyin təməlini necə düzgün qurmaq olar?

İxtisas seçimi: Gələcəyin təməlini necə düzgün qurmaq olar?

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İxtisas seçimi gəncin həyatında verilən ən mühüm qərarlardan biridir. Bu seçim təkcə universitetdə hansı fakültədə oxumağı deyil, həm də gələcək həyat tərzini, peşə məmnuniyyətini və şəxsi inkişafını müəyyənləşdirə bilər. Təəssüf ki, bir çox gənc bu qərarı öz istəklərinə deyil, ətraf mühitin təsirinə əsasən verir. Halbuki düzgün ixtisas seçimi insanın özünü tanıması ilə başlayır.

Bu sözləri SİA-ya psixoloq Leyla Əli deyib.

O bildirib ki, ilk növbədə, gənc öz maraqlarını və qabiliyyətlərini tanımalıdır. Hansı sahədə işləyərkən özünü rahat hiss edir? Hansı fəaliyyət ona zövq verir? Çünki yalnız yüksək bal toplamaq hər hansı ixtisasın uyğun olduğu anlamına gəlmir:

“Bundan əlavə, şəxsiyyət xüsusiyyətləri də nəzərə alınmalıdır. Məsələn, insanlarla ünsiyyəti sevən biri sosial yönümlü peşələrdə daha uğurlu ola bilər, analitik düşüncəyə malik olan şəxslər isə texniki və ya elmi sahələrdə öz potensiallarını daha yaxşı reallaşdıra bilərlər.

Əmək bazarının tələblərini araşdırmaq da vacibdir. Gələcəkdə inkişaf perspektivi olan peşələri tanımaq faydalıdır. Lakin yalnız yüksək maaşa görə seçim etmək uzunmüddətli xoşbəxtlik gətirməyə bilər. İnsan sevmədiyi peşədə uğur qazanmaqda və motivasiyasını qorumaqda çətinlik çəkə bilər.

Valideynlərin ixtisas seçiminə müdaxiləsi nə dərəcədə doğrudur?

Valideynlərin övladlarına yol göstərməsi və təcrübələrini paylaşması çox dəyərlidir. Lakin son qərarın gəncin maraq və potensialına uyğun verilməsi daha sağlam yanaşmadır.

Bəzən valideynlər öz reallaşmamış arzularını övladlarının üzərində həyata keçirməyə çalışırlar. Bu isə gələcəkdə peşədən narazılıq, motivasiya itkisi, hətta psixoloji gərginlik yarada bilər.

Ən doğru yanaşma valideyn və övlad arasında açıq ünsiyyətin qurulmasıdır. Valideyn istiqamət verə, məlumat paylaşa və dəstək ola bilər, amma qərarı məcbur etməməlidir.

Bir gənc gələcək peşəsini necə düzgün müəyyən edə bilər?

Düzgün peşə seçimi üçün gənc əvvəlcə özünü tanımağa vaxt ayırmalıdır. Maraqlarını, güclü və zəif tərəflərini analiz etməli, müxtəlif peşələr haqqında məlumat toplamalı, həmin sahədə çalışan insanlarla ünsiyyət qurmalı və mümkün olduqda təcrübə proqramlarında iştirak etməlidir.

Peşəyönümü məsləhətləri və psixoloji qiymətləndirmələr də bu prosesdə əhəmiyyətli rol oynayır. Psixoloq tərəfindən aparılan peşəyönümü konsultasiyası gəncin potensialını daha obyektiv qiymətləndirməyə və ona uyğun istiqaməti müəyyənləşdirməyə kömək edə bilər.

Unutmayaq ki, uğurlu peşə seçimi yalnız diplom almaq deyil, insanın özünü dəyərli hiss etdiyi, inkişaf etdiyi və məmnuniyyətlə çalışdığı bir həyat qurması deməkdir”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Avqust 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri