Icma.az
close
up
RU
İxtisas seçimində ən böyük səhv nədir? Ekspertdən abituriyentlərə TÖVSİYƏ

İxtisas seçimində ən böyük səhv nədir? Ekspertdən abituriyentlərə TÖVSİYƏ

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"İxtisas seçimi abituriyentin qəbul prosesində bəlkə də ən məsuliyyətli mərhələlərdən biridir. Çünki burada söhbət yalnız hansı universitetə qəbul olmaqdan getmir, gəncin gələcəkdə hansı sahədə özünü görmək istədiyi ilə bağlı qərardan gedir".

Bu fikirləri Redaktor.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova ixtisas seçimi haqqında danışarkən bildirdi.

O abituriyentlərə ilk növbədə bir şeyi tövsiyə etdi:

"Yalnız ötən ilin keçid ballarına və ya “haraya balım çatırsa, oranı yazım” düşüncəsinə əsaslanmasınlar. Keçid balı hər il dəyişə bilər. Ona görə seçim siyahısı hazırlanarkən həm real qəbul imkanları, həm şəxsi maraq və bacarıqlar, həm də seçilən ixtisasın gələcək perspektivi birlikdə nəzərə alınmalıdır. Bəzən valideynlərin arzusu, ətrafdakı insanların məsləhəti və ya həmin dövrdə dəbdə olan ixtisaslar abituriyentin seçiminə çox ciddi təsir edir. Amma məncə ən vacib sual budur: “Mən bu sahədə illərlə oxumağa və sonra işləməyə hazırammı?” Sadəcə adı prestijli səslənən ixtisas seçmək düzgün yanaşma deyil. İnsan öz xarakterinə, maraqlarına və güclü tərəflərinə uyğun sahədə daha uğurlu olur. Digər tərəfdən, universitetin özünü də araşdırmaq vacibdir. Tədris proqramı necədir, həmin ixtisas üzrə hansı imkanlar yaradılır, tələbələr üçün təcrübə proqramları, xarici əlaqələr, mübadilə və əmək bazarı ilə əməkdaşlıq imkanları varmı, bunlara baxmaq lazımdır. Eyni adlı ixtisas müxtəlif universitetlərdə tamamilə fərqli imkanlar verə bilər.

Seçim sıralamasına da çox diqqətlə yanaşmaq lazımdır. Abituriyent həqiqətən oxumaq istədiyi ixtisasları ön sıralarda yazmalıdır. Sadəcə “birdən qəbul olaram” deyə heç vaxt oxumaq istəmədiyi bir ixtisası siyahıya əlavə etmək sonradan peşmanlıq yarada bilər. Ən əsası isə abituriyentlər bu günlərdə özlərini həddindən artıq stresə salmasınlar. Bu seçim vacibdir, amma insanın bütün həyatını bir neçə sətirlik ixtisas siyahısı müəyyən etmir. Müasir dünyada insanlar bir sahədə təhsil alıb sonradan başqa istiqamətdə inkişaf edə, əlavə bacarıqlar qazana və karyerasını dəyişə bilirlər. Sadəcə bu mərhələdə mümkün qədər məlumatlı, düşünülmüş və öz istəklərinə uyğun qərar vermək lazımdır. Mən bütün abituriyentlərimizə arzulayıram ki, nəticədə sadəcə qəbul olduqları deyil, həqiqətən həvəslə oxuyacaqları ixtisasın tələbəsi olsunlar".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Avqust 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri