Icma.az
close
up
RU
İxtisas seçiminin nəticələri bu gün axşam, ən gec sabah elan olunacaq Ekspertdən AÇIQLAMA

İxtisas seçiminin nəticələri bu gün axşam, ən gec sabah elan olunacaq Ekspertdən AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Əvvəlki illərin təcrübəsinə dayanaraq deyə bilərəm ki, ixtisas seçiminin nəticələri bu gün axşam, ən gec sabah üçün Dövlət İmtahan Mərkəzi nəticələri elan edər. Ümumiyyətlə, əvvəlki illərdə də həmişə iki və yaxud da üç günə nəticələr elan olunurdu".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev ixtisas seçiminin nəticələrinin açıqlanacağı vaxtdan danışarkən bildirdi.

"Ümumi vəziyyətə gəldikdə, hesab edirəm ki, bu il müsabiqədən keçən abituriyentlərin hardasa bir qismi ixtisas seçimində xəta, səhv etdiyinə görə kəsiləcək. Xüsusilə də bu üçüncü qrupda böyük bir rəqəm əhatə edəcək. Üçüncü ixtisas qrupunda müsabiqə şərtlərini ödəyən, lakin ixtisas seçimində düzgün kodlaşdırmayan abituriyentlərdə ciddi problemlər meydana gələcək və ixtisas seçimin düzgün aparılmaması onların qəbul olmasına problem yaradacaq. Abituriyentlər əvvəlki illərin keçid balları ilə ixtisas seçimi ediblərsə, bu da böyük bir xətadır. Bu il 50-60 bal ətrafında qalxacaq. Bu, xüsusilə də üçüncü qrupda orta ballarda həm Azərbaycan bölməsi, həm də rus bölməsinə aiddir. Səhv eləmirəmsə, 84 min abituriyent ixtisas seçimi edib. Plan yeri isə 46 min ətrafındadır".

Ekspertin fikrincə, yarıdan çox abituriyent müsabiqə şərtini ödəyə və qəbul ola bilməyəcək. 

"Birinci ixtisas qrupunda vəziyyət nisbətən yaxşıdır. İxtisas seçimi edən abituriyentlərin böyük əksəriyyəti qəbul olacaq. Sadəcə blok imtahanında 100 baldan aşağı nəticə göstərənlərdə müsabiqə gərgin olacaq, qalanlarda problem yoxdur. İxtisaslara görə ballar 30-70 bal arasında dəyişəcək, bəzi yerlərdə isə 70-80 bal ətrafında qalxacaq. İkinci ixtisas qrupunda ballar 5-20 bal arası artacaq. Xüsusilə dövlət sifarişli yerlərdə balların 30-40 bal ətrafında yüksəlməsi müşahidə olunacaq. Bu artım dövlət sifarişli ixtisaslarda azalmalarla əlaqədardır. Üçüncü ixtisas qrupunda ballar 50-60 bal ətrafında qalxacaq. Hüquq ixtisaslarında artım minimal olacaq, orta ixtisaslarda isə balların yüksəlməsi qaçılmazdır. Xüsusilə pedaqoji və ödənişli ixtisaslarda balların artımı gözlənilir".

Müsahibimiz əlavə etdi ki, balı aşağı olan ixtisaslarda gərgin mübarizə davam edəcək.

"Dördüncü ixtisas qrupunda ballar 70-80 bal ətrafında qalxacağı proqnozlaşdırılır. Ümumilikdə müsabiqə ikinci, üçüncü və dördüncü qruplarda gərgin keçəcək. Birinci qrupda ixtisas seçimi nisbətən rahat olacaq. Düzgün seçim edən və statistik göstəricilərə uyğun addım atan abituriyentlərdə problem yaranmayacaq, lakin səhv seçim edənlərdə narahatlıq müşahidə olunacaq. Bu abituriyentlər istədiyi yerə deyil, yanlış seçim səbəbindən başqa ixtisasa qəbul ola bilərlər. Beşinci ixtisas qrupunda da vəziyyət gərgin olacaq, xüsusilə qabiliyyət tələb etməyən ixtisaslarda. Xəzər və Qərb Universitetlərində dizayn ixtisasları açılsa da, ballarda müəyyən dəyişiklik ola bilər. Ümumilikdə beşinci qrupda gərgin mübarizə davam edəcək. Xüsusilə İqtisad Universiteti və Bakı Mühəndislik Universitetində qabiliyyət tələb etməyən ixtisaslar, eləcə də ADA və İtaliya-Azərbaycan Universitetlərində dizayn ixtisaslarında müsabiqə şərtləri gərgin olacaq", -  deyə Ramin Nurəliyev bildirdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Avqust 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri