İxtisaslaşdırılmış müalicə müəssisəsində fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı təlim keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 6 fevral, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında şəxsi heyətə fövqəladə hadisələr, o cümlədən yanğın zamanı düzgün davranış qaydalarının aşılanması və əməkdaşların xilasetmə üzrə peşəkar bacarıqlarının artırılması istiqamətində mütəmadi təlimlər keçirilir.
Bu barədə AZƏRTAC-a Penitensiar Xidmətdən məlumat verilib. Bildirilib ki, növbəti təlim İxtisaslaşdırılmış müalicə müəssisəsində təşkil edilib. “Yanğının baş vermə səbəbləri və görüləcək ilkin tədbirlər” mövzusunda keçirilmiş təlimdə müasir yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları, həmçinin yanğın zamanı xilasetmə işlərinin həyata keçirilməsi və zərurət yarandığı halda ilkin tibbi yardımın göstərilməsi haqqında təqdimatlar edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 06 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















