Icma.az
close
up
RU
İybilməm yoxdu, dad bilmirəm, koronayammı? Həkim AÇIQLADI

İybilməm yoxdu, dad bilmirəm, koronayammı? Həkim AÇIQLADI

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlərdə ölkədə mövsümi virus infeksiyalarına yoluxanların sayı artmaqdadır.

Bu xəstəliklər adətən öskürək, boğaz ağrısı, burun axıntısı kimi simptomlarla müşayiət olunsa da, bəzi insanlarda dad və iybilmə hissinin müvəqqəti itməsi də müşahidə edilir.

Dad və iybilmə itkisi pandemiya dövründə COVİ-19-a yoxulan şəxslərdə müşahidə olunduğunda bu siptomu özündə müşahidə edənlər koronaya yoluxduqlarını düşünürlər.

Bəs, bu simptom yalnız COVİD-19-a xasdırmı, yoxsa başqa virus infeksiyaları zamanı da baş verə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Həbib Sahratov bildirib ki, mövsümi xarakterli kəskin respirator virus infeksiyalarının sayı yenidən artmaqdadır. Onun sözlərinə görə, xüsusilə sentyabr-oktyabr aylarında bu infeksiyalara yoluxma hallarında artım gözlənilir:

“Bu il də əvvəlki illərlə müqayisədə oxşar tendensiya müşahidə olunur”.

Həbib Sahratov, terapevt

H.Sahratov qeyd edib ki, bu infeksiyaların xarakterik xüsusiyyətlərindən biri qoxu funksiyasının müvəqqəti pozulmasıdır:

“COVID-19 pandemiyası dövründə bu simptom daha çox diqqət çəkdiyi üçün, insanlar indi də qoxu və dad itkisini hiss etdikdə “Bəlkə yenə koronavirusa yoluxmuşam?” kimi narahatlıq keçirirlər”.

Müsahibimiz qeyd edib ki, qoxu, dad funksiyasının itməsi demək olar, bütün respirator virus infeksiyalarında müşahidə oluna bilər. Dediyinə görə, bu, panikaya səbəb olmamalıdır.

Terapevt bildirib ki, belə halların 90 faizində qoxu və dad hissi ilk iki həftə ərzində bərpa olunur. Həkim vurğulayıb ki, təxminən 3-5 faiz hallarda bu müddət bir aya qədər uzana bilər, çox az hallarda isə bərpa prosesi bir neçə ay, hətta illərlə davam edə bilir.

Həmsöhbətimiz əlavə edib ki, qoxu funksiyasının bərpasını sürətləndirmək üçün qoxu reseptorlarını stimullaşdıran təbii vasitələrdən istifadə etmək məsləhətdir:

“Məsələn, kəskin qoxulu ətirlər, ədviyyatlar və aromatik yağlar reseptorları qıcıqlandıraraq bərpa prosesini sürətləndirə bilər. Həmçinin, dad baxımından daha zəngin və ədviyyatlı yeməklər də bu funksiyanın bərpasına müsbət təsir göstərir. Qoxu itkisini tam aradan qaldıran xüsusi müalicə üsulu yoxdur, lakin dəstək xarakterli təbii vasitələr bərpa prosesini bir qədər tezləşdirə bilər”.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri