Icma.az
close
up
RU
İyirmidən artıq şəxsi aviabiletlər satan şirkət rəhbəri həbs olundu

İyirmidən artıq şəxsi aviabiletlər satan şirkət rəhbəri həbs olundu

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Özəl turizm agentliyi qismində fəaliyyət göstərən "Joy Tour" və "Joy Travel" məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Bakı şəhəri Xətai rayon prokurorluğuna çoxsaylı müraciətlər daxil olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan özəl turizm agentliyi qismində fəaliyyət göstərən MMC-lər tərəfindən tur paketlərinin və aviabiletlərin alınması ilə əlaqədar vətəndaşların aldadılması faktları ilə bağlı müraciətində bildirilib.

Həmin müraciətlər əsasında aparılmış araşdırmalarla müəssisənin təsisçisi Rəşad İsgəndər oğlu İlyasovun öz qulluq mövqeyindən qulluq mənafeyinin ziddinə istifadə edərək müxtəlif xarici ölkələrə səyahət etmək üçün tur paketlərinin və aviabiletlərin alınması məqsədilə müəssisəyə müraciət edən 20-dən artıq şəxsdən aldatmaqla və etibardan sui-istifadə etməklə pul vəsaitlərini alaraq şəxsi ehtiyaclarına sərf edib, dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, Rəşad İlyasov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtida istintaq çərçivəsində "Joy Tour" və "Joy Travel" məhdud məsuliyyətli cəmiyyətlərində baş vermiş hüquqpozmalar nəticəsində vurulmuş maddi ziyanın və həmin hüquqpozmalara məsul şəxslərin müəyyən edilməsi məqsədi ilə müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin kompleks yoxlanılması üçün auditor yoxlaması təyin edilməklə icrası Azərbaycan Respublikasının Auditorlar Palatasına tapşırılıb və müvafiq yoxlamaların nəticəsindən asılı olaraq baş vermiş cinayətin bütün iştirakçılarının ifşa və məsuliyyətə cəlb olunması təmin olunacaqdır.

Bununla əlaqədar, təqsirləndirilən şəxsin qanunsuz əməllərinə məruz qalmış vətəndaşlardan Xətai Rayon Prokurorluğuna müraciət etmələri xahiş olunur.

***10:18

Azərbaycanda onlarla ailə "Joy Travel" turizm şirkətinin dələduzluq əməllərindən zərər çəkib.

Avtosfer.az-ın xəbərinə görə, şikayətçilərin Yurd.media-ya verdikləri məlumata əsasən, şirkət müxtəlif turistik istiqamətlər üzrə təxminən 500 min manatlıq turpaketlər satıb, uçuşa bir gün qalmış isə müştərilərə müflis olduğunu bildirib.

Bildirilib ki, "Joy Travel"in sahibi kimi özünü təqdim edən Nərmin Fətullayeva və Rəşad İlyasov əvvəlcə vasitəçi olan turoperatorda problem yaşandığını, sonra digər bəhanələr gətirərək müştərilərin ödənişini qaytaracaqlarını bildirsələr də, bu istiqamətdə heç bir iş görməyiblər.

Hazırda şirkətin ofisi Xətai Rayon Prokurorluğunun əməkdaşları tərəfindən möhürlənib, istintaq işləri aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri