Icma.az
close
up
RU
İynəbatırmanın müalicə etdiyi XƏSTƏLİKLƏR miqren, şəkərli diabet, bel ağrıları, iflic...

İynəbatırmanın müalicə etdiyi XƏSTƏLİKLƏR miqren, şəkərli diabet, bel ağrıları, iflic...

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsanlar hələ qədim dövrlərdə, tibbin bir elm kimi inkişaf etmədiyi zamanlarda müxtəlif üsullarla dərdlərinə əncam çəkməyə, ağrılarını, xəstəliklərini sağaltmağa çalışıblar.

Bunun üçün qədimdə icad edilən və bu günümüzə kimi gəlib çıxan üsullardan biri akupunktura adlanır. Çində yaranan bu üsuldan bu gün Azərbaycanda bəzi tibb müəssisələrində az da olsa, istifadə edilir.

Bəs akupunktura nədir? Akupunktura — iynə və sancmaq, çalmaq — bədənin xüsusi nöqtələrini nazik iynələr sancmaqla aparılan müalicə növüdür. Çində alternativ tibb kimi geniş yayılıb. Əsasən ağrının azaldılması üçün istifadə edilir. Şəfaverici bu üsul Çin xalq təbabətinin əsas tərkib hissələrindəndir.

Maraqlıdır, bu gün ölkəmizdə adıçəkilən müalicə üsulu geniş yayılıbmı? İnternet üzərindən apardığımız araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlmək olar ki, ölkəmizdə akupunktura ilə məşğul olan həkmi və mütəxəssislərin sayı olduqca azdır, hətta barmaqla sayılası qədərdir. Həkim və mütəxəssislərin sayının az olması isə elə insanlar arasında da bu təbabət üsulunun geniş yayılmamasını göstərir.

Akupunktura ilə məşğul olan həkim Sidiqə Süleymanova da gəldiyimiz qənaəti təsdiq edir. Artıq 11 ilə yaxındır bu üsulla xəstələrə şəfa verən mütəxəssislə terapiya zamanı söhbət apardıq. Onun qəbulunda olan Əhməd Məmmədov bel və onurğa ağrısı üçün həkimə müraciət etdiyini və ilk dəfədir ki, belə bir seansa gəldiyini bildirdi.

Həkim elə seans zamanı həm bu üsul, həm də prosedur haqda Sputnik.az-ı məlumatlandırdı: "Steril olunmuş iynələri bədənimizdə olan xüsusi aktiv nöqtələrə vurmaqla və bunu bir neçə seans davam etdirməklə müxtəlif problemləri aradan qaldırmaq olar. Bu zaman bədəndə, həm hormonal sistemdə, həm də sinir sistemində müəyyən dəyişikliklər olur. Bizə daxil olan müraciətlərin bir qismi məhz sinir sistemi xəstəlikləri ilə bağlıdır. Onurğa, bel, qol, ayaq ağrıları zamanı da bu üsul çox effektlidir".

"Seanslarımız gündəlik və günaşırı olur. Kurs müalicə 10-15 gün təşkil edir. Günlük prosedur isə 5-45 dəqiqə arasındadır. “Tormozlanmaya” görə, yəni əzələ sistemində keyliyin yaranması ilə bağlı şikayət varsa, bunun üçün prosedur 5 dəqiqə, stimulyasiya üçün olan prosedur isə 45 dəqiqə davam edir. Effektini isə 5 gün sonra görmək mümkündür" - deyə həmsöhbətimiz əlavə edir.

Onun sözlərinə görə, elə xəstəliklər var ki, onlar tam sağalmasa da, müəyyən müddət üçün aradan qaxır: "Miqreni buna misal çəkmək olar. Bir xəstəm vardı, miqrenə görə 5 il əvvəl bir kurs müalicə aldı. Bu yaxınlarda bir də mənə müraciət etdi. Qadın hansısa yaxınını itirdiyi üçün stress keçirtmişdi və bu problem xəstədə yenidən baş qaldırmışdı. 2 günlük seansla ondakı miqreni yenidən aradan qaldırdıq".

Akupunkturanın tarixinin Çinin yazılı dövründən çox qədimlərə söykəndiyi irəli sürülür. Xan Hanedanlığı dövründə (miladdan öncə 206-220 illər) qələmə alınan Shuo Wen Jie Za adlı kitabda qeyd edilir ki, iynələrin istismarından çox əvvəl bian deyilən iti kənarlı daşların istifadə edilib. Zamanla bian daşlarının yerinə sümük və ya bambukdan hazırlanan iynələr istifadə edilməyə başlanıb.

Həkimin sözlərinə görə, daxil olan müraciətlər arasında gecə altını islatmaya görə olan müraciətlər üstünlük təşkil edir. Bu zaman isə azyaşlının bel və qarın nahiyələrinə həmin steril olunmuş iynələri sancmaqla qısa müddətdə müsbət nəticə əldə edilir: "Bu iynələr bioloji aktiv nöqtələrə vurulur. Bunun üçün isə tərəfmizdən öncədən bir sxem tərtib olunur. Bu sxemlə biz günlər üzrə hansı nöqtələrə akupunktura tətbiq edəcəyimizi müəyyənləşdiririk. Nöqtələr bəlli olduqdan sonra qısa müddətdə istədiyimiz nəticəni əldə etmiş oluruq. Məsələn, iflic keçirən bir qadın vardı, bu prosedurla onun üzündə korreksiya aparıldı və ağızətrafı əyrilik aradan qalxdı".

Qeyd edək ki, aparılan son tədqiqatlar isə bu üsulla hətta bir çox xəstəliklərin də sağaldığını söyləməyə əsas verir. Ənənəvi Çin təbabətində artıq bu üsulla hətta sonsuzluğu, şəkər xəstəliyini, müxtəlif ağrıları, miqreni sağaltmaq mümkündür. Hər bir xəstəliyin sağalması üçün isə bədəndə lazım olan nöqtələri tapmaq lazımdır. Aktivasiya nöqtələri tapıldıqdan, iynələr vurulduqdan sonra artıq xəstəliyin müalicəsinə başlanılır. Akupunktura vasitəsilə bu cür problemlər bir neçə seansla köklü şəkildə həllini tapır. Bu üsulla həmçinin hormonal balanssızlığı, neqativ enerjini aradan qaldıraraq xoş əhval-ruhiyyə bəxş edir.

Bundan başqa akupunktura çəkini normada saxlamağa, diabet xəstələrində qlükozanın lazım olan səviyyədə qalmasına, mədəaltı vəzin fəaliyyətinin sabitliyinə kömək edir. Bədənimizdə olan hormonların səviyyəsinin qalxmasında da bu üsulun rolu danılmazdır.

Şəkər xəstələri üçün bir seansın 20-30 dəqiqə olması gərəklidir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri