Icma.az
close
up
RU
Ümumdünya Əhali Günü çərçivəsində ictimai müzakirə keçirilib

Ümumdünya Əhali Günü çərçivəsində ictimai müzakirə keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 iyul, AZƏRTAC

11 İyul – Ümumdünya Əhali Günü çərçivəsində Bakıda “Azərbaycanda genderəsaslı cins seçimi (selektiv abort) və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları” mövzusunda ictimai müzakirə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanda cinsə görə edilən selektiv abortların sosial, hüquqi və texnoloji səbəblərini dəyərləndirmək və problemin aradan qaldırılması üçün real həll yolları irəli sürmək olub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yanında İctimai şuranın üzvü Məryəm Məcidova bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda son onilliklərdə doğulan hər 100 qıza 112–115 oğlan düşür: “Bu göstərici təbii bioloji normadan əhəmiyyətli dərəcədə yüksəkdir və cinsi selektivliyin, yəni cinsə görə abortların mövcudluğuna işarə edir. Tədqiqatlara görə, son 20 ildə on minlərlə qız uşağı yalnız cinslərinə görə doğulmayıb. Bu, təkcə demoqrafik tarazlığı pozmaqla kifayətlənmir, eyni zamanda, gələcəkdə ailə qurmaqda çətinliklər, gender zorakılığı və insan alveri kimi sosial təhlükələrin də əsasını qoyur”.

O qeyd edib ki, Azərbaycanda selektiv abort hallarının əsas səbəblərindən biri ailələrdə hələ də mövcud olan sosial və mədəni stereotiplərdir. “Oğlan uşaqları ənənəvi olaraq varis, ailənin təminatçısı və nəsil davamçısı kimi qəbul edilir. Bu düşüncə, xüsusilə, kənd yerlərində daha güclü hiss olunur. Qızların ərə getdikdən sonra “başqa ailəyə keçməsi” anlayışı valideynlərdə iqtisadi və psixoloji narahatlıq yaradır. Nəticədə, bəzi ailələr qız övladına sahib olmaq istəmir. Bu da cinsə görə abortlara gətirib çıxarır. Bu kimi dərin köklü sosial stereotiplərlə mübarizə yalnız qanunvericiliklə deyil, eyni zamanda, təhsil və ictimai maarifləndirmə vasitəsilə aparılmalıdır. Gender bərabərliyinin təbliği bu istiqamətdə əsas strategiyalardan biri ola bilər”, - deyə M.Məcidova diqqətə çatdırıb.

Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitə və komissiyalarla iş sektorunun məsləhətçisi Aynur Veysəlova isə bildirib ki, son illərdə ölkəmizdə selektiv abortların artması ciddi sosial və demoqrafik narahatlıq doğurur: “Cinsiyyətəsaslı abortların yayılması, xüsusilə, texnologiyalardan, o cümlədən ultrasəs müayinələrindən sui-istifadə nəticəsində baş verir. Erkən mərhələlərdə cinsin müəyyənləşdirilməsi tibbi zərurətdən daha çox sosial üstünlüklərə əsaslanan seçim məqsədilə həyata keçirilir. Hüquqi müstəvidə selektiv abortlar birbaşa qadağan edilməsə də, bu sahədə mövcud nəzarət və monitorinq mexanizmləri kifayət qədər təsirli deyil. Özəl tibb sektorunda isə bu məsələdə daha ciddi boşluqlar müşahidə olunur. Belə halların qarşısının alınması üçün hüquqi tənzimləmələrlə yanaşı, praktikada icra mexanizmlərinin də gücləndirilməsinə ehtiyac var”.

Onun sözlərinə görə, statistik göstəricilərdə də bu tendensiyanın izləri görünməkdədir. “Rəsmi abort statistikalarında cinsiyyətə dair məlumatlar yer almasa da, doğulan uşaqların cins nisbətləri əsasında selektiv abortların mövcudluğu müəyyən olunur. Belə ki, bəzi illərdə oğlan uşaqlarının doğulma nisbətindəki süni artım bu sahədə narahatedici gedişatı göstərir. 2020-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” bu istiqamətdə müsbət addım sayılsa da, onun praktiki tətbiqində ciddi çatışmazlıqlar qalmaqdadır. İndiyə qədər həyata keçirilmiş tədbirlər selektiv abortların qarşısının alınmasında gözlənilən nəticələri verməyib. Milli Məclisin üzvü olaraq, bu məsələni diqqət mərkəzində saxlayır və müvafiq qurumları daha səmərəli tədbirlərin görülməsi üçün koordinasiyalı fəaliyyətə çağırıram. Cinsiyyətə əsaslanan abortların qarşısının alınması, təkcə hüquqi məsələ deyil, həm də sosial ədalət və gender bərabərliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə A.Veysəlova vurğulayıb.

O deyib ki, Azərbaycanda selektiv abort birbaşa qanunla qadağan edilməsə də, mövcud qanunvericilik çərçivəsində bu problemin qarşısını almaq üçün bəzi addımlar atılıb: “2023-cü ildən etibarən Ailə Məcəlləsinə və “Səhiyyə haqqında” Qanuna edilən təkliflər selektiv abortlara dolayı şəkildə toxunur. Mütəxəssislər hesab edirlər ki, hüquqi islahatlar yetərli deyil. Hüququn tətbiq mexanizmləri, xüsusilə, özəl klinikalarda nəzarət sistemlərinin gücləndirilməsi zəruridir. Qanunverici tədbirlərlə yanaşı, ailə və cəmiyyət səviyyəsində gender bərabərliyinin təşviqi, qız uşaqlarının dəyərini artıran maarifləndirici proqramların həyata keçirilməsi də vacibdir. Bu, selektiv abortlara qarşı davamlı və effektiv mübarizənin əsasını təşkil edə bilər”.

Digər çıxış edənlər - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Demoqrafik məsələlər sektorunun müdiri Nailə Verdiyeva, AQUPDK-nın baş məsləhətçisi Rafiq Mahmudov problemin yalnız statistik və hüquqi deyil, həm də dərin mədəni və psixoloji köklərə sahib olduğunu vurğulayıblar. Onlar ailə institutu, təhsil sistemi və media vasitəsilə gender bərabərliyinin təşviq edilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələrin yekununda bildirilib ki, bu problemin aradan qaldırılması yalnız dövlət və hüquq səviyyəsində deyil, həm də cəmiyyətin bütün təbəqələrinin iştirakını tələb edir. İctimai Şura üzvlərinin isə fəaliyyətlərində məsələ ilə bağlı verilən təklifləri və əldə olunan nəticələri nəzərə alacaqları diqqətə çatdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri