Icma.az
close
up
RU
İzmir Restoran qalmaqallı məhkəmə prosesində sakinlərə yenidən uduzdu

İzmir Restoran qalmaqallı məhkəmə prosesində sakinlərə yenidən uduzdu

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Yasamal rayonunda "İzmir Rezidence" yaşayış kompleksinin sakinləri ilə eyni ünvanda fəaliyyət göstərən "İzmir Restoran" arasında uzun müddət davam edən qalmaqallı növbəti məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə "İzmir Rezidence"in sakinlərinin hüquqlarını müdafiə edən vəkil Gülşən Salmanova məlumat verib.

Onun sözlərinə görə, proses Yasamal Rayon Məhkəməsində hakim Ayşən Məmmədova-Sultanovanın sədrliyi ilə keçirilən sonuncu iclasla yekunlaşıb.

Məhkəmənin qərarına əsasən, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən 0.32875 hektar torpaq sahəsində fəaliyyət göstərən "İzmir Restoran"da axşam saat 23:00-dan səhər 07:00-dək musiqi səsləndirilməsi, canlı ifa və səs gücləndirici avadanlıqlardan istifadə qadağan edilib.

Eyni zamanda, səhər saat 07:00-dan axşam 23:00-dək restoran ərazisindən yayılan səsin səviyyəsinin 60 dBA-dan yuxarı olması cavabdehlər üçün qadağan olunub.

Vəkil qeyd edib ki, sakinlərin iddiasına əsasən, restoranın təşkil etdiyi şou-proqramlar və yüksək səslə yayımlanan musiqilər onların rahatlığını pozaraq normal yaşayışına mane olurmuş.

Restoran sahibləri isə obyektin 30 il əvvəl tikildiyini, yaşayış kompleksinin isə sonradan həmin ərazidə inşa olunduğunu əsas gətirərək iddiaları əsassız saymışdılar.

Xatırladaq ki, sözügedən mübahisə ilə bağlı 2024-cü ildə Yasamal Rayon Məhkəməsində restoranın səhər saat 07:00-dan axşam 23:00-dək maksimum 60 desibel səs səviyyəsini saxlamağa, 23:00-dan sonra isə musiqi fəaliyyətini tam dayandırmağa məcbur edilməsi ilə bağlı qətnamə qəbul edib.

Lakin sakinlərin iddiasına görə, "İzmir Restoran" bu qərarı icra etməyərək qətnamədən apellyasiya şikayəti də verib.

"İzmir Restoran" qalmaqallı məhkəmə prosesində sakinlərə yenidən uduzdu

Elgün Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Oktyabr 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri