İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin İzmir vilayətinin Dikili rayonu sahillərində miqrantları daşıyan rezin qayıq batıb.
AZƏRTAC xəbər verir ki, hadisə barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazirin sözlərinə görə, hadisə Dikilinin Bademli ərazisində baş verib. Qayıqda olan 45 nəfərdən 37-si Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib, bir nəfərin isə cansız bədəni sudan çıxarılıb.
Faciə bölgəsinə dərhal bir sahil mühafizəsi helikopteri və iki xilasedici qayıq cəlb olunub. Hazırda itkin düşdüyü ehtimal edilən 7 miqrantın tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Qanunsuz miqrantları daşıyan qayıq batıb Çox sayda ölənlər var
24 Oktyabr 2025 22:29
Miqrantları daşıyan qayıq batdı: ölənlər var
20 Mart 2025 01:36
Egey dənizində mühacirləri daşıyan qayıq batıb, ölənlər var
25 Noyabr 2024 19:58
İtaliya sahillərində miqrantları daşıyan qayıq batıb, 20 nəfər itkin düşüb AZƏRTAC
01 Yanvar 2025 14:04
Baxış sayı:34
Bu xəbər 10 Yanvar 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















