Icma.az
close
up
RU
İzzət Bağırovun bu çıxışı rezonans doğurdu VİDEO

İzzət Bağırovun bu çıxışı rezonans doğurdu VİDEO

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni İzzət Bağırovun çıxışı qabağıma çıxdı. Ataları sərt tənqid edib ki, bəs başlarına dəysin, 200 manat aliment olar?!

Möhtəşəm, mükəmməl bir mövzudur.

Belə çıxışları çox sevirəm, yəqin çoxunuz videodan çox, yazılan şərhləri oxumaqdan zövq alırsınız. Şəxsən mən eləyəm.

Yurdumun insanı nə düşünür?

Diqqətimi çəkən şərhləri qeyd edim öncə:

-400 manat maaş alan nə qədər ödəməlidir ki, ay vicdanını itirmiş adam?

-Toxun acdan xəbəri olmaz. Pafos püskürür, publika xətrinə danışır ki, əksər boşanmış qadınlar onu dəstəkləsin

-İzzət, sənin başın qaçıb, nə danışdığını bilmirsən. Bəs 370 manat alıb 250 manat aliment verən oğullar nə etsin?

-200 manat ödəyənlər düşünürlər ki, bu pulla ana ev ala, istirahətə gedə bilər. Onlar üçün bu məbləğ çox böyükdür

-200 manat pul deyil, amma 600-700 manat maaş olan yerdə nə verməlidir?

– 200 manata çox deyənlərin əksəriyyəti gündə bir paçka siqaret çəkir, amma nədənsə bu pulu tez tapa bilmir. Aliment davası edənlərin çoxu elə imkanı olub vermək istəməyənlərdi. Yaxşı ata uşağını alimentin ümidinə saxlamaz.

Və sair, və ilaxır…

Çox maraqlı təkliflər də var: evlənməyə qadağa gəlsin, uşaq pulunu bərpa etsinlər, maaşı 1000 manatdan yuxarı olanlara aliment öhdəliyi qoyulsun….

Xanımlar və cənablar, boşanmasaydınız, o 200-400 manatı uşaqlarınıza xərcləmək yükünüz olmazdı? Tamam, uşaq dünyaya gətirmisiniz, heç düşünməmisiniz necə olacaq? Heçmi planınız yox idi gələcəklə bağlı? Sizcə də bu durumda qurulan istənilən cümlə bəhanə deyil?

Bu, mənim şəxsi fikrimdir. Bəli, əksər hallarda iş tapmaq çətindir çox adam üçün. Amma evlənmək və övlad sahibi olmaq seçimdir axı. Bunu özünüz istədiniz, bu həyat yolunuzu şəxsən özünüz cızmısınız, bunlar sizin əsərinizdir.

Tamam, yenə tamam, ölkədə orta aylıq əməkhaqqı qənaətbəxş deyil. Özəlliklə də sürətlə bahalaşmanın davam etdiyi zamanda….Kirayə, kommunal haqqı, ərzaq, sağlamlıq, təhsil və sair xərclər adamın az qala nəfəsini kəsə. Amma necə yaşayacağımız bizdən asılıdır, heç kim qapıları bağlamayıb, o qapıları ancaq özümüz aça bilərik, o qapıları ancaq özümüz bağlaya bilərik.

Allah hamımızın qapısını açsın.

Günay Rəsuzlqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Fevral 2026 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri