Jaguar Land Rover konserninə qarşı haker hücumundan zərər 2,5 milyard dollar olub
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Jaguar Land Rover" (JLR, Hindistanın "Tata Motors" sənaye qrupuna daxildir) avtokonserninin Böyük Britaniyadakı müəssisələrinə qarşı həyata keçirilən haker hücumu nəticəsində istehsalın uzunmüddətli dayanması ölkə iqtisadiyyatına 1,9 milyard funt sterlinqə (təxminən 2.5 milyard dollar) başa gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın Kiber Monitorinq Mərkəzi ("Cyber Monitoring Centre", CMC) məlumat yayıb.
Mərkəzin hesabatına əsasən, hücum təxminən beş min şirkət və təşkilatın fəaliyyətinə mənfi təsir göstərib: "Bu hadisə, görünür, Böyük Britaniya tarixində iqtisadi baxımdan ən dağıdıcı kiberhücum olub".
Qeyd edək ki, sentyabr ayında baş vermiş hücum nəticəsində istehsalın hər həftəlik dayanması JLR şirkətinə təxminən 50 milyon funt sterlinq zərər vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 23 Oktyabr 2025 04:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















