“Jaguar təxminən 3 min krossoverini sahiblərindən geri alacaq
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif:Ayşən İmanova/Banco.az
Britaniyanın avtomobil istehsalçısı “Jaguar" yanğın riski ilə bağlı 2 760 "I-Pace" model elektromobilini müştərilərindən geri alacaq.
Banco.az xəbər verir ki, bu barədə "CarsCoops" məlumat yayıb.
Məlumata görə, şirkət geri çağırma kampaniyası zamanı “I-Pace” batareyalarının həddindən artıq qızması ilə bağlı problemi həll edə bilməyib. Bu səbəbdən 2019-cu il istehsalı olan avtomobillər ABŞ-də istismardan çıxarılacaq.
Ən sərfəli kredit üçün müraciət etŞirkət öncəki kampaniyalarda proqram təminatını yeniləməklə problemi həll etməyə çalışıb, lakin avtomobil sahibləri həddindən artıq qızma ilə bağlı şikayətlərini davam etdiriblər.
Avqust ayında "Jaguar" hətta “I-Pace” sahiblərinə avtomobillərini binalardan uzaqda, açıq ərazilərdə park etməyi tövsiyə edib. Proqram təminatının yenilənməsinə baxmayaraq, üç avtomobilin alovlandığı bildirilir.
Baxış sayı:125
Bu xəbər 27 Noyabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















