Icma.az
close
up
RU
Jan Noel Barrodan Tehrana xəbərdarlıq

Jan Noel Barrodan Tehrana xəbərdarlıq

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avropa İttifaqı İrana qarşı sanksiyaları bərpa edə bilər”

“Yaxın 30 gün ərzində Tehranın nüvə proqramı ilə bağlı danışıqlar uğursuzluqla nəticələnərsə və BMT Təhlükəsizlik Şurasının sanksiyaları bərpa olunarsa, Avropa İttifaqı İrana qarşı birtərəfli sanksiyaları bərpa edə bilər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Kopenhagendə Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro deyib.

Nazir “Avroüçlüy”nün (Böyük Britaniya, Fransa və Almaniya) BMT Təhlükəsizlik Şurasının 2015-ci il razılaşmaları əsasında Tehrana qarşı qaldırdığı sanksiyaları bərpa edəcək “snapback” mexanizminin təşəbbüsü ilə bağlı son qərarını xatırladıb. Bu sanksiyalar İslam Respublikasının maliyyə, bank, enerji və müdafiə sektorlarını əhatə edir. “Avroüçlük” üzvləri oktyabrın 18-də başa çatacaq BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin (məhdudiyyətləri aradan qaldıracaq) uzadılması üçün İranın nüvə proqramı ilə bağlı danışıqları 30 gün davam etdirməyə hazır olduqlarını bəyan ediblər.

"İndi nə olacaq? 30 günlük bir müddət başlayacaq, ondan sonra bu sanksiyalar bərpa olunacaq və ikinci mərhələdə Avropa sanksiyaları da bərpa oluna bilər. Təbii ki, İran bu 30 gün ərzində ona çox açıq şəkildə bildirdiyimiz hərəkətlərə razılıq verməsə və bu halda biz bu sanksiyaların tətbiqini təxirə salmağı düşünə bilərik", deyə Barro bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi “Avroüçlüy”ün hərəkətlərini pisləyib və qeyd edib ki, bu cür davranış “İranla bağlı həqiqi niyyətlərə dair şübhələri daha da artırır və diplomatik həllə nail olmağı çətinləşdirir”. Nazir İranın cavab tədbirləri görəcəyi ilə bağlı xəbərdarlıq edib. Əraqçi BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda İslam Respublikasının maraqları nəzərə alınarsa, onun nüvə proqramı ilə bağlı yeni razılaşma əldə etmək üçün dünya gücləri ilə konstruktiv əməkdaşlığı davam etdirmək əzmində olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 Avqust 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri