Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Jan Noel Barro Fransanın “qırmızı xətlərini” müəyyənləşdirir

Jan Noel Barro Fransanın “qırmızı xətlərini” müəyyənləşdirir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 2 fevral, AZƏRTAC

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro “Libération” qəzetinə verdiyi müsahibədə Parisin əsas beynəlxalq mövqelərini və prioritetlərini açıqlayıb. İranla mümkün eskalasiya riski, Ukraynaya dəstək, Avropanın Vaşinqton və Pekin arasında tutduğu mövqe, eləcə də ticarət sazişləri nazirin toxunduğu əsas mövzular olub.

AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi tənqidlərinə münasibət bildirən Jan-Noel Barro vurğulayıb ki, hazırda Ukraynaya maliyyə yardımının əsas hissəsini Avropa təmin edir. Hərbi yardım və kəşfiyyat sahəsində də Avropanın rolu həlledicidir. Nazir Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə mümkün sülh şəraitində Ukraynanın təhlükəsizliyinin təmini ilə bağlı birgə hərbi planlaşdırmanın başladığını xatırladıb.

Rusiya haqqında danışan Barro mülki infrastruktura endirilən zərbələri və müharibə cinayətləri kimi qiymətləndirilən hücumları xatırladıb, mümkün atəşkəs müzakirələrinə baxmayaraq Kremlin mövqeyində dəyişiklik görmədiyini qeyd edib.

O bildirib ki, Fransa Ukraynaya dəstəyini davam etdirir, xüsusilə enerji böhranı fonunda generatorların göndərilməsi və Avropa tərəfdaşları ilə G7 çərçivəsində səfərbərlik buna daxildir. Paris prinsip etibarilə Rusiya ilə təmasları istisna etmir, lakin bunun Kiyev və Avropa tərəfdaşları ilə tam şəffaflıq şəraitində və Avropanın maraqlarına xidmət etməsi şərti ilə mümkün olduğunu bildirir.

İranla bağlı danışarkən Jan-Noel Barro deyib ki, İran ABŞ zərbələrindən yayınmaq istəyirsə, əsaslı güzəştlərə getməli və mövqeyini radikal şəkildə dəyişməlidir. Nazir hesab edir ki, Vaşinqton həm hərbi əməliyyat ehtimalını masada saxlayır, həm də diplomatik çıxış yolu təklif edir və Tehran bu fürsətdən yararlanmalıdır.

Vaşinqtonla son gərginliklərə toxunan Jan-Noel Barro hesab edir ki, Avropa öz təhlükəsizliyini təmin etmək üçün strateji və hərbi gücünü sürətlə artırmalıdır. Onun sözlərinə görə, Avropa həm Rusiya və Çin kimi güclərlə, həm də daha az proqnozlaşdırıla bilən ABŞ-la üz-üzədir.

Nazir Avropa Birliyinin vacibliyini, xüsusilə Qrenlandiya ətrafında gedən müzakirələr fonunda vurğulayıb və Aİ-ni öz maraqlarını qorumaq üçün bütün siyasi və iqtisadi alətlərini işə salmağa hazır olmağa çağırıb.

Avropa liderlərinin Çinə son səfərlərinə münasibət bildirən Barro deyib ki, Çin–ABŞ rəqabəti XXI əsrin əsas geosiyasi çağırışıdır. Onun fikrincə, Avropa avtomatik tərəf tutmaqdan imtina edərək müstəqillik, əməkdaşlıq və çoxtərəflilik üzərində qurulan üçüncü yolu təşviq etməklə çəkisini artıra bilər.

Müsahibənin sonunda nazir Fransanın Aİ–Mercosur sazişinə qarşı çıxmasını ərzaq suverenliyinin qorunması ilə əsaslandırıb və Parisin Aİ daxilində təcrid olunduğu iddialarını rədd edib. Bunun əksinə olaraq, Hindistanla bağlanan ticarət sazişinin Avropa suverenliyi məqsədləri ilə uyğun olduğunu və tərəfdaşlıqların şaxələndirilməsi strategiyasına xidmət etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri