Jelka Tsviyanoviç: Qlobal Bakı Forumu problemlərimizi səsləndirmək üçün platformadır
Icma.az, Apa.az saytına istinadən bildirir.
“Demokratiya, yeni dünya düzənindən danışanda Bosniya və Herseqovina bir müstəmləkə, həm də yeganə müstəmləkədir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç bildirib.
Bosniya və Herseqovinanın üzləşdiyi problemlərdən söz açan Rəyasət Heyətinin Sədri deyib ki, ölkələri yalnız dialoq yolu ilə inkişaf edə bilər: “Bu, Avropa İttifaqının, ABŞ-ın deyil, 3 xalqın ölkəsidir. Biz qarşılıqlı dialoq yolu ilə problemlərimi həll edə, inkişaf edə bilərik. Bu Forum bizim üçün problemlərimizi səsləndirmək üçün bir platformadır”.
Baxış sayı:82
Bu xəbər 13 Mart 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















