Icma.az
close
up
RU
“JetBrains” şirkətinin rəsmisi: ICPC Dünya Finalı Azərbaycan paytaxtının mədəni və memarlıq sərvətini nümayiş etdirib

“JetBrains” şirkətinin rəsmisi: ICPC Dünya Finalı Azərbaycan paytaxtının mədəni və memarlıq sərvətini nümayiş etdirib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 4 sentyabr, AZƏRTAC

Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadasının (ICPC) Dünya Finalı yüzdən çox ölkədən olan tələbələr üçün təkcə intellektual yarış meydanı deyil, həm də Azərbaycan paytaxtının mədəni və memarlıq sərvətinin nümayişi olub.

AZƏRTAC xəbər verir ki, bunu “ICPC Dünya Finalı 2025”ə həsr olunmuş mətbuat konfransında “JetBrains” şirkətinin insan resursları, tədqiqatlar və investisiyalar üzrə baş vitse-prezidenti Andrey İvanov bildirib. O qeyd edib ki, ICPC-ni uzun müddət dəstəkləyən şirkət yarışları müxtəlif ölkələrdə izləyib: “Burada iştirak etmək əsl tramplindir: əgər bu fürsətdən istifadə edə bilsəniz, o, böyük dəyişikliklərin başlanğıcı ola bilər. Bəli, bu, Azərbaycanda hamının səy göstərməsini tələb edəcək, lakin artıq bu gün çox yaxşı ilk addım atılıb”.

Andrey İvanov, həmçinin Bakının beynəlxalq səviyyədə tanınmasının əhəmiyyətini vurğulayıb: “Təsəvvür edin, bir çox iştirakçılar – hazırda burada yarışan yüzdən çox ölkənin təmsilçiləri bəlkə də əvvəllər Azərbaycan haqqında eşitməyiblər və burada olmayıblar. İndi onlar bu ölkə, bu şəhər, onun tarixi və gözəlliyi haqqında bilirlər. Onlar geri qayıda, bu yeri sevə və burada biznes qurmaq istəyə bilərlər. Dünyada gördüyüm ən yaxşı memarlıq nümunələrindən biri olan bu gözəl şəhəri daha çox insan tanıyacaq. Məhz buna görə bu hadisə Azərbaycan üçün bu qədər vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri