Icma.az
close
up
RU
Səhvlərimizdən maksimum yararlandılar Jorj Kaşkilya

Səhvlərimizdən maksimum yararlandılar Jorj Kaşkilya

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya

"İmişli" Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Sabah"a 0:5 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, İmişli təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:

"Oyun haqqında danışılası çox söz yoxdur. Matça istədiyimiz kimi başlaya bilmədik. Xüsusilə Edvin Banqeranın erkən zədələnməsi komandaya çox pis təsir etdi. İkinci qolu da qapımızda tez gördük. Müdafiəçilərin kobud səhvi nəticəsində təyin olunan penalti hər şeyi daha da çətinləşdirdi. Hesabda 0:2 geri düşdükdən sonra toparlanmaq asan deyil. "Sabah" kimi çempionatın liderinə qarşı geri dönüş etmək qeyri-mümkün idi. Onlar bura çox yüksək motivasiya ilə gəlmişdilər və səhvlərimizdən maksimum yararlanaraq fərqi artırdılar. "Sabah"ı təbrik edirəm, bizdən hər cəhətdən üstün və keyfiyyətli oyun nümayiş etdirdilər. Biz isə dərhal özümüzə gəlməli və qarşıdakı "Neftçi" matçına köklənməliyik. Bu cür məğlubiyyətdən sonra komandanın psixoloji durumunu bərpa etmək vacibdir. Hesab edirəm ki, bunun öhdəsindən gələcəyik".

Mütəxəssis növbəti turdakı rəqibləri "Neftçi" ilə oyun barədə də fikirlərini bildirib:

"Biz hər oyuna yalnız qələbə düşüncəsi ilə çıxırıq. Təbii ki, rəqibin gücünü nəzərə alırıq, lakin "Neftçi" ilə matçda da üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, ötən il olduğu kimi yenidən qələbə sevincini yaşayaq".

J. Kaşkilya son 5 matçda cəmi 1 qol buraxan komandasının bu dəfə qapısında 5 qol görməsinə də aydınlıq gətirib:

"Nəticəyə bəhanə axtarmaq istəmirəm, lakin müdafiənin əsas fiqurları olan Ronaldo və Banqeranın yoxluğu öz sözünü dedi. Heyətimiz o qədər də geniş deyil, buna fərdi səhvlər də əlavə olunduqda belə nəticə qaçılmaz olur. Banqeranın növbəti oyuna hazır olub-olmayacağını hələ bilmirik, lakin Ronaldo heyətə qayıdacaq. Əsas məqsədimiz müdafiədə bugünkü səhvləri təkrarlamamaqdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 Mart 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri