Jorj Kaşkilya: “Qaradağ Lökbatan” şübhəli penalti qərarından sonra hesabı açdı”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bir müddət sanki top rəqib qapısına daxil olmaq istəmirdi”.
İdman.Biz xəbər verir ki, bunu “İmişli”nin baş məşqçisi Jorj Kaskilya Azərbaycan Kubokunun II təsnifat mərhələsində qarşılaşdıqları “Qaradağ Lökbatan”la oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, qələbə qazandıqları görüşü şərh edib: “Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı və oyunun əvvələrində iki real qol vəziyyəti yaratdıq. Rəqib isə çox şübhəli penalti qərarından sonra hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı.
İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Bir müddət sanki top rəqib qapısına daxil olmaq istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq”.
Qeyd edək ki, “Qaradağ Lökbatan” – “İmişli” oyunu bölgə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 29 Oktyabr 2025 07:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















