Julio Romaonun hansı müddətə sıradan çıxdığı bəlli oldu
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Qarabağ"ın Misli Premyer Liqasının XV turunda "Neftçi"yə qarşı keçirdikləri oyunda zədələnən futbolçusu Julio Romao Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsindən keçib.
Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.
Onun sözlərinə görə, braziliyalı yarımmüdafiəçinin zədəsi o qədər də ciddi deyil. Klub rəsmisi "sambaçı"nın təxminən 1 həftə məşqlərdən kənarda qalacağını söyləyib.
Qeyd edək ki, Julio Romao Azərbaycan derbisinin ilk hissəsindən sonra əvəzlənib. "Qarabağ" səfərdə "Neftçi"ni üç cavabsız qolla üstələyib.
Nihat
Bu mövzuda digər xəbərlər:Julio Romaonun vida sözləri VİDEO
05 Fevral 2025 17:09
Barselona da şok itki: Rafinyanın nə qədər müddətə sıradan çıxdığı açıqlandı
28 Mart 2026 09:04
“Qarabağ” Romaonun gedişini açıqlayıb
05 Fevral 2025 15:06
Romaonun “Qarabağ”dan gedişi rəsmiləşdi
05 Fevral 2025 15:09
Romaonun Ferensvaroş a keçidi rəsmiləşib
05 Fevral 2025 15:45
Baxış sayı:103
Bu xəbər 03 Dekabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















