Juninyonun daha bir müştərisi var
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ"ın futbolçusu Olavio Juninyo Avropanın daha bir klubunun maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, həm futbolçunun özü, həm klubla danışıqlar aparan "Sevilya"nın ardınca "Srvena Zvezda" da braziliyalı hücumçunu heyətinə qatmaq üçün mübarizəyə qoşulub.
Serbiya təmsilçisi "Qarabağ" və Olavio ilə danışıqlara start verib. Ağdam klubu transferdən daha çox qazanmaq üçün müştərilərdən aldığı təklifləri nəzərdən keçirir.
Juninyo isə Pireney yarımadasında oynamağa üstünlük verir. İlkin təklifi qəbul olunmayan "Sevilya" məhz futbolçunun istəyinin onlara kömək edəcəyi qənaətindədir.
Qeyd edək ki, Juninyo Azərbaycan Premyer Liqasında keçirdiyi 47 oyunda 23 qola imza atıb.
Bu mövzuda digər xəbərlər:Juninyonun transfer düyünü
08 Yanvar 2025 10:40
Menecer: “Juninyonun “Flamenqo”ya marağı var”
09 Yanvar 2025 13:19
Sevilya Juninyonun keçidini tamamladı
04 Yanvar 2025 09:23
“Sevilya” Juninyonun transferini TAMAMLADI
19 Dekabr 2024 18:03
Juninyonun gedişi... Qurbanovdan açıqlama
09 Yanvar 2025 16:50
Baxış sayı:140
Bu xəbər 19 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















