Icma.az
close
up
RU
Jurnalist təşkilatları və “söz azadlığı”nın qələm qardaşlığı

Jurnalist təşkilatları və “söz azadlığı”nın qələm qardaşlığı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

...koordinasiya nəyə görə lazımdır?

Azərbaycanda jurnalist təşkilatlarının koordinasiya mərkəzi adlanan qurum formalaşdırılır. Məlumata görə, təsisat Mətbuat Şurasının tərkibində fəaliyyət göstərəcək. Şuranın İdarə Heyətinin dünən keçirilmiş iclasında bununla bağlı təqdimat da oldu, mərkəzə rəhbərlik edəcək şəxs də müəyyənləşdi. İclasda “Azərbaycan Jurnalistləri Şəbəkəsi”nin sədri, tanınmış telejurnalist Ayaz Mirzəyevin namizədliyi dəstəkləndi. Heç şübhəsiz, yeni mərkəz nəzərdə tutulan fəaliyyətin gerçəkləşməsi istiqamətində fəal iş aparacaq.

Qeyd edək ki, dünyada jurnalist təşkilatlarının formalaşması XIX əsrin ortalarına təsadüf edir. Həmin dövrdə kütləvi mətbuatın sürətli inkişafı jurnalistlərin birliklər şəklində təmərküzləşmələrini zərurətə çevirdi. Belə qurumlar peşə hüquqlarının müdafiəsi, sosial təminat və senzura ilə mübarizə zəminində təşəkkül tapdı. Konkret olaraq, 1857-ci ildə Fransada ilk jurnalist təşkilatlarından biri yarandı.

İlkin jurnalist birlikləri əsasən peşəkar klublar xarakteri daşıyırdı. 1900-cü illərdən etibarən isə onların beynəlxalq əməkdaşlığı gücləndi. Bunun nəticəsi kimi, 1926-cı ildə Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) yarandı. Qurumun məqsədi jurnalistlərin hüquqlarının beynəlxalq səviyyədə qorunmasından, müharibə və münaqişələr zamanı jurnalist təhlükəsizliyinin təminatına dəstək göstərməkdən və peşə etikası normalarının müəyyənləşdirilməsindən ibarət oldu.

1930-1950-ci illəri jurnalist təşkilatlarının tarixində ideoloji bölünmə mərhələsi kimi dəyərləndirmək olar. Nəzərə alaq ki, II Dünya müharibəsi onların fəaliyyətinə ciddi təsir göstərmişdi. Müharibədən dərhal sonra – 1946-cı ildə Beynəlxalq Jurnalistlər Təşkilatı (OIJ) yaransa da, “soyuq müharibə” dövrü ümumən jurnalist birliklərinin ideoloji əsasda parçalanması reallığını doğurdu. Yəni bu təsisatlar siyasi təsirlərə məruz qaldılar.

1960-1980-ci illər jurnalist təşkilatları üçün peşə hüquqları və söz azadlığı mərhələsi kimi xarakterizə olunur. Bu dövrdəki başlıca fəaliyyət mətbuat azadlığının müdafiəsinə, senzura və siyasi təzyiqlərə qarşı mübarizəyə yönəldi. Bir çox ölkələrdə milli jurnalist birlikləri, mətbuat şuraları yaradıldı, həmçinin etik kodekslərin və peşə standartlarının sistemləşdirilməsinə başlanıldı.

Əlbəttə, “soyuq müharibə”nin başa çatması jurnalist təşkilatları üçün yeni imkanlar açdı. Həmin dövrdə jurnalistikanın sərhədləri genişləndi ki, bu amil özü ilə birlikdə problemlər də gətirdi. Məsələn, dezinformasiyanı götürək. Məlum olduğu kimi, dezinformasiya məqsədli şəkildə həyata keçirilən informasiya manipulyasiyasıdır və media onun yaranmasında bilavasitə iştirakçıdır. Əlbəttə, sözügedən mərhələdə bu problem indiki qədər aktual olmasa da, onun ilkin rüşeymləri nəzərə çarpırdı. Jurnalist təşkilatları buna qarşı mübarizə aparır, peşə standartlarının aliliyini təbliğ edirdilər. Amma...

Əlbəttə, hazırkı mərhələ, belə demək mümkünsə, daha “əmma”lıdır. Belə ki, XXI əsrdə jurnalist təşkilatları rəqəmsal hüquqların müdafiəsi, süni intellekt və media etikası, jurnalistlərin onlayn təhlükəsizliyi məsələləri ilə məşğul olur, beynəlxalq reytinqlər və monitorinq hesabatları tərtib edirlər ki, bütün bunlar qlobal siyasətə də təsirini göstərir. “Əmma” da elə bundadır və onun ölkəmizlə bağlı tərəflərini az görməmişik. Amma Azərbaycan dünyanın tərkib hissədir. Problemlər varsa, onun üzərinə gedilməlidir. Gedilməlidir ki, onların mənfi təsirlərindən sığortalanaq.

Haşiyə çıxaq ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir çox ictimai institutlarla yanaşı, jurnalist təşkilatları da formalaşmağa başladı. Bu qurumlar ölkədə söz və ifadə azadlığı prinsiplərinin dərinləşməsində, jurnalist peşəkarlığının artırılmasında, beynəlxalq media təcrübəsinin öyrənilib çatdırılmasında fəal rol oynadılar. Hərçənd, xaricdəki anti-Azərbaycançı qüvvələrin, ermənipərəst dairələrin bu təsisatlar üçün xüsusi gündəm formalaşdırmağa girişdikləri mərhələni də gördük. Nəticə etibarilə jurnalist təşkilatları bir çox hallarda həmin qüvvə və dairələrin ruporu rolunda çıxış etməyə başladılar, söz və ifadə azadlıqları, plüralizm kimi prinsipləri ikinci plana keçirdilər. Uduzan isə jurnalistika oldu.

Bəli, hazırda ölkəmizdə jurnalist təşkilatlarının fəaliyyət intensivliyi sahəsində ürəkaçan mənzərənin olduğunu söyləyə bilmərik. Bunun obyektiv və subyektiv səbəbləri var. Konkret məqamlara diqqət yetirmək niyyətindən həm uzağıq, həm də hesab edirik ki, bu, ayrıca yazının mövzusudur. Amma onu deməliyik ki, Azərbaycanda Prezident İlham Əliyevin şəxsində dövlət səviyyəsində medianın cəmiyyətdəki missiyasına müstəsna dəyər verilir. Bu dəyərin institusional siyasət mexanizmindən tutmuş, jurnalistlərin sosial-məişət səviyyəsinin yaxşılaşdırılmasınadək müxtəlif təzahürləri var. Son illər Şuşa Qlobal Media forumlarının təşkilinin artıq xoş ənənəyə çevrildiyini, eyni zamanda, Medianın İnkişafı Agentliyinin fəaliyyətindəki fundamentallığı ayrıca vurğulamalıyıq. Lakin təəssüf ki, bir çox hallarda beynəlxalq miqyasda ölkəmizin müsbət media referansına əhəmiyyət verilmir, ənənəvi anti-təbliğat metodlarına əl atılır, müxtəlif reytinq və hesabatlarda Azərbaycanın adı mənfi yöndə çəkilir.

Deyim var ki, məqsəd vasitəyə bəraət qazandırır. Məsələyə bu prizmadan yanaşsaq, anti-Azərbaycan qüvvələr də ölkəmizə qarşı mübarizədə söz və ifadə azadlığı prinsiplərini özlərinin xoşagəlməz niyyətlərinin gerçəkləşdirilməsi üçün vasitə qismində görürlər. Yəni ilk baxışdan belə təəssürat var ki, Azərbaycanda söz və ifadə azadlığı sahəsində ən ideal durum formalaşsa belə, həmin qüvvələr neqativ mənada deməyə, qabartmağa və qondarmağa nə isə tapacaqlar.

Əlbəttə, bu tendensiyanın varlığı o demək deyil ki, sakit dayanmalıyıq. Hər halda, problemlərin üzərinə getməyin lazım olduğunu vurğuladıq. Başqa sözlə desək, kimlərsə bizi dünyadan təcrid etmək barədə düşünürsə, mövcud meyilin aradan qalxmasına çalışmalıyıq. Bu səbəbdən jurnalist təşkilatlarının aktivliyinə də ehtiyac var. Bəs onların aktivliklərinin parametrləri nədən ibarət olmalıdır?

Məlumdur ki, beynəlxalq miqyaslı jurnalist təşkilatlarının hazırkı fəaliyyətində media azadlığı indekslərinin tərtibatı, ölkələr üzrə illik hesabatların dərci, hökumətlərin media siyasətinin beynəlxalq standartlarla müqayisəsi kimi vacib elemetlər var. Onlar həmçinin, jurnalist etikası və peşə kodekslərini yayır, dezinformasiya ilə mübarizə aparır, müharibə, böhran və seçkilər zamanı məsuliyyətli jurnalistikanı təşviq edir, müxtəlif tematik mövzularda beynəlxalq seminarlar, treninqlər və konfranslar düzənləyir, gənc jurnalistlərin hazırlanmasına dəstək verir, habelə rəqəmsal media, təhlükəsizlik və araşdırma jurnalistikası sahəsində təcrübə paylaşırlar. Müxtəlif ölkələrdən olan jurnalistlərin vahid şəbəkədə birləşdirilməsi, jurnalistlərin təhlükəsizliyinə diqqət çəkilməsi, beynəlxalq humanitar hüququn mediaya tətbiqinin gündəmə gətirilməsi, informasiya manipulyasiyasına qarşı xəbərdarlıqların ünvanlanması da başlıca fəaliyyət sahələrinə daxildir.

Hesab edirik ki, bütün bunların içərisində olmaq şərtdir. Nəzərə alaq ki, bir prosesin içərisində olmaq həm də ona təsir elementlərini əldə cəmləşdirmək deməkdir. Bu mənada, jurnalist təşkilatlarının aktivliyi Azərbaycanla bağlı söz və ifadə azadlığı kontekstində yaradılan mənfi rəylərin aradan qalxmasına ciddi dəstək göstərə, habelə, bu sayaq neqativ təmayüllərin zamanında qarşısını ala bilər. Ümid edək ki, Mətbuat Şurasının tərkibindəki jurnalist təşkilatlarının koordinasiya mərkəzi sadaladığımız istiqamətdə fəaliyyət göstərəcək, beynəlxalq trendləri izləyəcək, həmçinin nüfuzlu beynəlxalq media toplantılarında iştirakçılığı təmin etməklə səmərəli nəticələrin əldə olunmasına mühüm töhfə verəcək.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see195

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see167

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see154

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see149

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see147

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri