Icma.az
close
up
RU
Jurnalistləri intizarda qoymayan mətbuat katibləri 2024cü ildə onlar SEÇİLDİLƏR

Jurnalistləri intizarda qoymayan mətbuat katibləri 2024cü ildə onlar SEÇİLDİLƏR

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, həm də KİV əməkdaşlarının işinə yarayar.

Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin hamısı media ilə eyni səviyyədə çalışmır. Etiraf etməliyik ki, fəaliyyətsizliyi ilə jurnalistləri narazı salan mətbuat xidmətlərinin sayı az deyil. İlin sonlarına yaxın Moderator.az media nümayəndələri arasında sorğu keçirdi. Onlardan “İlin ən yaxşı” mətbuat katiblərini xəbər aldıq.

Baku TV-nin aparıcısı Aysel Aslanqızı qeyd etdi ki, bu il ölkəmiz üçün əlamətdar və yaddaqalan illərdən biri oldu:

"Cari ili həm də seçki ili adlandırsaq, yanılmarıq. Suverenliyimizin bərpası fonunda ilk dəfə bütöv Azərbaycan olaraq prezident və parlament seçkiləri keçirdik. Həmçinin, Azərbaycan müstəqilliyi tarixində ən böyük və mötəbər tədbir olan COP29-a uğurla ev sahibliyi etdi. Bu mənada sözügedən tədbirlər media cameəsi üçün də olduqca vacib idi. İctimaiyyətin məlumatlandırılması baxımından biz jurnalistlərlə yanaşı qurumların ictimaiyyətlə əlaqələr şöbələrinin üstünə də böyük yük və məsuliyyət düşürdü. Təbii ki, hər ilin sonunda ənənəvi olaraq keçirilən bu sorğularda media ilə jurnalistlər arasında körpü olmağı bacaran hər bir mətbuat katibinin əməyini düzgün qiymətləndirmək lazımdır. Beləliklə, Energetika Nazirliyinin Mətbuat sektorunun müdiri - Mətbuat katibi Cahid Mikayılov, Mərkəzi Seçki Komissiyası Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli, “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev, "AzərEnerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev, TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev, Fövqaladə Hallar Nazirliyin ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Ehtiram Xəlilov, ARDNŞ (SOCAR) Media əlaqələri şöbəsinin rəisi Əsəd Məmmədov, AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis kapitanı Zeyni Hüseynov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbova ictimaiyyətin məlumatlandırılması üçün media ilə əlaqələrin düzgün qurulmasında operativ rol oynadıqları üçün təşəkkür edirəm".

İctimai Televiziyanın idman verilişlərinin aparıcısı Fəridə Abdulla qeyd etdi ki, 2024-cü ildə bir çox qurum və federasiyalarla işləyib:

"2024-cü ildə bir çox qurum və federasiyalardan xəbər aldıq. Əksər idman federasiyaları və idmançılardan operativ geridönüşlər aldım. Bu il ərzində daha çox güləş,cüdo, gimnastika, qılıncoynatma, badminton, basketbol federasiyaları ilə çalışmışam. Gənclər və İdman nazirliyinin fəaliyyətini də yüksək qiymətləndirirəm".

AnewZ Tv-nin əməkdaşı Nuray Mustafa qeyd etdi ki, dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir:
 "Geridə qoyduğumuz 2024-cü ildə ən operativ çalışan qurumlar kifayət qədər oldu. Onlardan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari tibbi sığorta üzrə dövlət agentliyi, Dövlət Gömrük Komitəsinin Mətbuat vəİctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov, ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev,  Fövqaladə Hallar Nazirliyin ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Ehtiram Xəlilovun adlarını çəkə bilərəm". 

"Report"İnformasiya Agentliyinin müxbiri Səlcuq Elçin qeyd etdi ki, ümumilikdə bu il ötən illərə nisbətən mətbuat xidmətlərinin işində canlanma hiss olundu:

 "Bunun bəzi səbəbləri var. Ölkə gündəmində bir çox vacib hadisələr baş verdi. Bu hadisələrlə əlaqədar dövlət orqanlarının işində  operativlik artdı. İşlədiyim qurumlardan Baş Prokurorluq, DİN və DTX-ın mətbuat xidməti sorğularımıza operativ cavab verir.  Bu anlamda onlardan razıyam. 
Bu o demək deyil ki, digər qurumlarla işləmirəm, sadəcə olaraq sadaladıqlarım demək olar ki, hər gün və ya həftədə bir neçə danışdığım, xəbər aldığım qurumlardır. Bütün mətbuat katiblərinə də Yeni ildə daha böyük uğurlar və jurnalistlərlə daha sıx, daha məhsuldar işləməyi arzulayıram".

Trend Beynəlxalq İnformasiya Agentliyinin müxbiri Fərid Zöhrabov bildirib ki, mətbuat xidmətinin rəhbərləri media ilə ünsiyyəti yüksək səviyyədə qurmalıdırlar: 

"Bəzi qurumların mətbuat xidmətləri jurnalistlərin suallarını, sorğularını cavablandırmaq əvəzinə mane olur. Kobud da çıxsa qurumun cangüdəni rolunda çıxış edir.

Bu il ümumiyyətlə mediamız üçün çox məhsuldar  keçdi. COP29 kimi mötəbər tədbirdə bir çox mətbuat xidmətlərinin və jurnalistlərin rolu danılmazdır.

İşini layiqincə yerinə yetirən kifayət qədər mətbuat xidməti rəhbərlərimiz də var. 

Operativ şəkildə sorğulara cavab verən qurumlardan Ekologiya və təbii sərvətlər nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini misal göstərmək olar".

Yeni Müsavat qəzetinin müxbiri Şəhanə Rəhimli isə ötən illərlə müqayisədə indi bir sıra dövlət qurumunun mətbuat xidməti operativ məlumat yaymaqda maraqlı olduğunu vurğuladı:

 "Çünki tutduğu mövqe, rəhbərliyi ondan bunu tələb edir.  Mətbuat xidmətləri arasında ən yaxşı mən olmalıyam yarışı gedir. Bu da əlbəttə ki, biz jurnalistlərin xeyrinədir. AQTA- ya, AYNA-ya, DİN-ə, XİN- ə, TƏBİB-ə, Elm və Təhsil Nazirliyinə tez-tez müraciət edirəm və sorğuma uyğun cavabları almaqda heç bir çətinliyim yoxdur. Yeni Klinikanın mətbuat xidməti Nuridə Allahyarova da istənilən müraciətimə isti cavab verib. Bu yerdə ASAN xidmətin,  teatrlarımızdan Musiqili Teatrın və Kukla Teatrının mətbuat xidmətlərinə təşəkkür edirəm. Hər zaman jurnalistlərlə dostcasına davranır, müsahibələrə, istənilən məlumatı əldə etməyə şərait yaradırlar".

Moderator.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Dekabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri