Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Jurnalistlərimizin beynəlxalq mediaya inteqrasiyası güclənməlidir” Rəşad Məcid

“Jurnalistlərimizin beynəlxalq mediaya inteqrasiyası güclənməlidir” Rəşad Məcid

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mətbuat cəmiyyətin güzgüsü olmaqla yanaşı, eyni zamanda, dövlətlə xalq arasında etibarlı bir körpü funksiyasını yerinə yetirir. Bu baxımdan, milli mətbuatın 150 illik yubileyi ölkə tarixində mühüm hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin 2024-cü il aprelin 25-də imzaladığı “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam, bu sahəyə göstərilən yüksək dövlət diqqətinin, milli informasiya suverenliyimizin və ictimai fikir tariximizə verilən böyük dəyərin bariz nümunəsidir.

Sözügedən sərəncam yalnız keçmişə ehtiram aktı deyil, həm də çağdaş media sistemimizin gələcək inkişaf prioritetlərini müəyyən edən strateji sənəddir. Burada Azərbaycan Mətbuat Şurasının adının xüsusi olaraq qeyd edilməsi isə qurumun cəmiyyətdəki mövqeyinə və fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

Metbuat.az bu barədə Mətbuat Şurasının sədri, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə müsahibə aparıb:

Rəşad müəllim, 150 illik yubileyə nə qədər hazırıq? Azərbaycan mətbuatının dəstəyini gücləndirmək üçün daha hansı addımlar atılmalıdır?

Məlum olduğu kimi, Prezident İlham Əliyev aprelin 25-də “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladı. Düşünürəm ki, bu vacib dövlət sənədi həm mətbuatımızın ictimai fikir tariximizdəki roluna verilən böyük dəyərin nümunəsi, həm mediamızın müasir missiyasına həssas yanaşmanın, həm də müstəqillik dövründə milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəsinə sadiqliyin göstəricisidir.

O da məlumdur ki, Prezident Sərəncamında yubiley tədbirlərinin təşkili nəzərdə tutulur. Sənəddə Mətbuat Şurasının da adı çəkilir. Hesab edirik ki, bu, Şuranın fəaliyyətinə verilən ali dəyərdir. Belə bir dəyərə görə dövlətimizin başçısına təşəkkürümüzü bildiririk. Eyni zamanda, onu da deyim ki, Mətbuat Şurası üzərinə düşən vəzifələrin icrasına tam hazırdır. Bu məqam Şuranın İdarə Heyətinin aprelin 29-da keçirilmiş iclasında da vurğulandı.

O ki qaldı sualınızın ikinci hissəsinə, fikrimcə, söhbət Azərbaycan mediasının ictimai həyata təsir imkanlarını artırmaqdan gedir. Əlbəttə, məsələyə geniş yanaşılmalıdır. Hazırda dövlətimizin medianın cəmiyyət üçün prioritet sayılan mövzular üzrə istiqamətləndirilməsini həyata keçirir. Yəni, müxtəlif media vasitələrinin bununla əlaqədar layihələri maliyyələşdirilir. Ayrıca jurnalist yaradıcılığı da stimullaşdırılmaqdadır.

Təbii, mediamızın və jurnalistlərimizin beynəlxalq media məkanına inteqrasiyası güclənməlidir. Bununla bağlı konkret hədəflərin müəyyənləşdirilməsinə ehtiyac var. Nəzərə almalıyıq ki, Azərbaycanın siyasi, hərbi və iqtisadi qüdrəti artdıqca, əleyhidarlarımızın, inkişafımızı gözü götürməyən qüvvələrin sayı da genişlənir. Onlar qarayaxma kampaniyasını gücləndirir, həqiqətləri, reallığı təhrif yolu tutur, ölkəmizlə bağlı mənfi rəy yaratmaq yönümlü fəaliyyətlərini intensivləşdirirlər. Bu sayaq meyillərlə mübarizədə mütəşəkkil mübarizə son dərəcə vacibdir.

Sizcə, müasir texnologiya və sosial media mətbuatın inkişafına necə təsir edir? Biz ənənəvi mediadan çoxmu uzaqdayıq?

Ümumən, cəmiyyətlərin daha çox informasiyalaşması müsbət haldır. Yəni, insanlar nə qədər çox informasiya alətləri əldə etsələr, bir o qədər azadlıq parametrləri genişlənər. Amma biz durumun ziyanlı tərəflərini görürük. Bəlkə bu, dövrün xüsusiyyətidir və zamanla belə xoşagəlməz hallar aradan qalxacaq. Hər bir halda, mənfi tendensiyalara qarşı mübarizə tədbirlərinin reallaşdırılması mütləqdir.

Müasir texnologiyaların informasiya məkanına təsirinin artdığı və sosial media alətlərinin genişləndiyi hazırkı şəraitdə yeniliklərin neqativ təzahürlərindən uzaq dayanmağı bacarmaq lazımdır. Bunun üçünsə medianın fərqi, daha doğrusu, üstünlüyü ortaya qoyulmalıdır. Məsələn, adi bir vətəndaş sosial mediadan aldığı hansısa informasiyanı dəqiqləşdirməyi düşünməlidir. Başqa sözlə desəm, vətəndaşlarımız sosial mediada paylaşılan hansısa bilgini şübhələndirməyi bacarmalı, dərhal qənaətə gəlməməli, peşəkar mediaya üz tutmalıdır. Bu isə etimaddan asılıdır. Hesab edirəm ki, media orqanlarımız nə qədər çox inam və etimad qazansalar, onların cəmiyyət həyatındakı çəkisi bir o qədər artar. Belə olduqda sosial şəbəkələr vasitəsilə dezinformasiya və zərərli bilgi yayanlar cəmiyyəti yanlış yönləndirmək güclərinin olmadığını dərk edib geri çəkiləcəklər.

Onu da deyim ki, belə bir durumun yaranması təkcə informasiya yayıcısı kimi, medianın aktiv fəaliyyəti ilə mümkün deyil. Gərək informasiya daşıyıcıları olan ilk mənbə sahibləri də məsuliyyətlərini dərk etsinlər. Anlasınlar ki, əgər hansısa məsələ ilə bağlı mediaya zamanında informasiya verilmirsə, yaxud ümumiyyətlə susqun mövqe tutulursa, bu, yekunda yalan bilgilərin tirajlanması vəziyyətini doğuracaq. Yəni, insanların dəqiq informasiya ilə təminatı prosesi təktərəfli deyil.

Sualınızın digər hissəsi ilə əlaqədar onu deyə bilərəm ki, məsələni birbaşa ənənəvi mediadan uzaqlıq şəklində qoymaq istəməzdim. Dövr və zaman dəyişirsə, ona uyğun adekvat fəaliyyət də mütləqdir. Qalır o fəaliyyəti peşəkarlıqla uzlaşdırmaq. Fikrimcə, bu gün peşəkar media orqanlarımız var. Hazırda dünyada Azərbaycan mediasına Cənubi Qafqazla bağlı başlıca informasiya mənbəyi kimi yanaşılırsa, deməli, mövcud istiqamətdə irəliləyiş əldə edə bilmişik. Əlbəttə, irəliləyişləri daha da dərinləşdirməli və strateji hədəf halına gətirməliyik. Həm də ona görə ki, dəyişən reallıqlar informasiya amilinə stratejilik qazandırıb. Bu gün informasiya təhlükəsizliyi dövlətlərin ümumi təhlükəsizliklərinin mühüm komponenti kimi çıxış edir. Tutalım, hərbi sahə ilə bağlı bəlli fəaliyyət platformamız varsa, informasiya ilə bağlı da eyni sistematiklik əsas götürülməlidir.

Mətbuatın 150 illiyi haqqında danışarkən, jurnalistikanın etik dəyərlərinin qorunması və mətbuatın ictimai məsələlərə xidmət məsələlərinə necə yanaşırsınız?

Hesab edirəm ki, etik dəyərlərin qorunmasına və mətbuatın cəmiyyətə xidmət paradiqmasına münasibət yalnız mətbuatın 150 illiyi, yaxud da digər əlamətdar günlər müstəvisində yada düşməməlidir. Hər iki cəhət ümumilikdə medianın gündəmini təşkil etməlidir. Bəs nə üçün yubiley ilində bu dəyərlər yada düşür? Fikrimcə, cavab çox sadədir. Çünki 150 il əvvəl əsası qoyulmuş milli mətbuatımız ictimai maraqların qorunması platforması olaraq təşəkkür tapmış və bu baxımdan ənənə formalaşdırmışdı. “Əkinçi”dən sonra yaranmış milli nəşrlərimiz etik prinsiplər çərçivəsindəki fəaliyyəti ictimai maraqların qorunmasında başlıca silaha çevirmişdilər və bu cəhət onlara insanlar arasında populyarlıq qazandırmışdı. Populyarlıq isə bütövlükdə mətbu sözün ideoloji strukturunun formalaşmasına təsirini göstərmişdi. Nəticə etibarilə məhz peşə prinsiplərinə sadiq mətbuat sonda Azərbaycan Xalq Cümhuriyyətinin məfkurə bazasının yaranmasında müstəsna rol oynamışdı. Yəni, jurnalist peşəkarlığı yekunda böyük amalımız naminə faydalı alətə çevrilmişdi. Biz “Əkinçi” ənənələrinə sadiqlik və keçmişin təcrübəsini yaddan çıxarmamalıyıq. Ona görə də bu gün jurnalistikanın və medianın işi ilk növbədə ictimai maraq və mənafelərin qorunması olmalıdır. Nəzərə alaq ki, dövlətimiz də öz işini cəmiyyətdən alan mesajlarla qurur. Deməli, medianın fəaliyyəti həm də dövlətçiliyə xidmətə köklənməlidir.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see173

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see148

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see138

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri