Icma.az
close
up
RU
Jurnalistlərin unudulmaz müəllimi

Jurnalistlərin unudulmaz müəllimi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bu sətirlərin müəllifinin də məzunu olduğu jurnalistika fakültəsi hər zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU) əbədi saflıq ünvanı kimi tanınıb. Bu ideal keyfiyyət  təhsilə, elmə klassik və özəl münasibət səviyyəsində olub. Biz həm də mətbuat səhifələrindən, radio-televiziya efirlərindən geniş ictimaiyyətin yaxşı tanıdığı müəllimlərimizlə, sözün əsl mənasında fəxr edir, onlara bənzəmək istəyirdik. Müəllim adını ucaldan, daha da urvatlı edənlərdən biri də hamının sevimlisi Yalçın Əlizadə idi.  
Bir qədər ciddi görkəmli, səliqə-sahmanı ilə seçilən, yaraşıqlı Yalçın müəllim dəhlizdən keçəndə tələbələr hörmətlə divara qısılıb ona yol verərdilər. Tələbələr ürək eləyib nəsə demək istəyəndə isə tələsib-tələsməməyindən asılı olmayaraq, dərhal ayaq saxlayıb diqqətlə dinləyər, dəyərli məsləhətlər verər, köməyini əsirgəməzdi. 
Bizdən öncə onun tələbələrindən olmuş həmkarım, ­Əməkdar  mədəniyyət işçisi Qüdrət Piriyev Yalçın Əlizadə haqqında professor Tofiq Rüstəmovdan eşitdiyi bir epizodu yada saldı.Tofiq müəllim deyib ki, universiteti bitirən ildə biz 5 nəfərin – 4 oğlan və 1 qızın (Mailə Muradxanlı) təyinatını Teleradio komitəsinə  verdilər. Həmin vaxtlar oraya qəbul olmaq müşkül iş idi. Amma Yalçın Əlizadənin atası Pedaqoji İnstitutun tanınmış professoru olduğuna görə təkcə onun üçün ştat ayrılmışdı. Onda Yalçın müəllim kadrlar şöbəsinə gedərək deyib ki, xahiş edirəm, mənim üçün ayrılan ştata aramızda yeganə qız olan Mailə Muradxanlını götürün, biz oğlanlar gözləyə bilərik. Beləcə, əvvəlcə Mailə xanım teleradioya işə qəbul edilib,  biz isə uzun müddət ştatdankənar müxbir kimi işləməli olduq…   
Bu faktın özü onun hələ gənc yaşlarından necə mərd, səmimi və dostcanlı olduğunu göstərir.  
Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncədə  anadan olub. 1957-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi, ardınca Bakı Dövlət Universitetinin  jurnalistika fakültəsini bitirib. Sonra Dövlət Teleradio Verilişləri Komitəsində çalışıb, 1971-ci ildə isə müəllimi Şirməmməd Hüseynovun dəvəti ilə doğma fakültədə müəllimlik fəaliyyətinə başlayıb. 
Onun elmi araşdırmaları, əsasən, radio və televiziya nəzəriyyəsi ilə bağlı olub. “Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək bu sahənin ən yaxşı tədqiqatçılarından sayılıb, sonar da ekran-efir jurnalistikasının nəzəri əsaslarını fundamental şəkildə araşdırıb. Yalçın Əlizadə bu sahənin aktual problemlərinə dair 100-ə yaxın elmi məqalənin, 2 dərsliyin, 3 sənədli publisist kitabın müəllifidir. 
Vikipedik məlumatlarda göstərilir ki, Yalçın Əlizadə 1974–1981-ci illərdə BDU, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb, bir müddət Moskva Dövlət Universitetinin jurnalistika fakültəsindəki televiziya-radio jurnalistikası kafedrasının müdiri, dünya şöhrətli TV, radio nəzəriyyəçisi Ənvər Bağırovun Azərbaycan təmsilçisi olub. 1999–2012-ci illərdə Yalçın müəllim fakültəmizin dekanı vəzifəsində çalışıb.
...“Muğanın mayakı”, “Yer altında işıqlar”, “Radiojurnalistikanın əsasları”, “Azərbaycan efiri – tarix və müasirlik” (prof. Qulu Məhərrəmli ilə həmmüəllif), “Ədəbi redaktə” fənninin proqramı” (bakalavr hazırlığı üçün), “Radio jurnalistikası: təməl biliklər”, “Zamanın rəngləri” (məqalələr toplusu) kimi sanballı əsərləri ondan yadigar qalıb.
Fakültəyə jurnalistika sahəsində formalaşandan, radioda tanınmış peşəkar olandan sonra gələrək, çalışmalarını səylə davam etdirən professor Yalçın Əlizadə özünün dəyişməz insanlıq keyfiyyətləri ilə  müəllim və tələbələrin rəğbətini qazanmış, ləyaqət simvolu olmuşdu. Şirməmməd Hüseynovun təşəbbüsü ilə ərsəyə gəlmiş “Televiziya və radio jurnalistikası” kafedrasına professor Tofiq Rüstəmovdan sonra uzun müddət o rəhbərlik edib. Müəllimlərimiz – professorlar Nəsir Əhmədli və Cahangir Məmmədli bizimlə söhbətlərində həmişə vurğulayırdılar ki, Yalçın Əlizadənin alim, müəllim, nəhayət, kafedra müdiri və dekan kimi ləyaqəti hər zaman hamıya örnək olub. Burada layiqli rəhbərlik estafetini Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Nəriman Zeynalov kimi saflıq mücəssəmələrindən qəbul edərək bacarıqla irəli aparıb. Mərhum Şirməmməd müəllim Yalçın Əlizadəni bir dekan kimi belə xarakterizə edib: “Yalçın ləyaqət sahibidir, mənim ümidlərimi doğrultmuş alim və müəllimdir, dekanlığa yaraşan şəxsiyyətdir”.
 “Azərbaycan” nəşriyyatında “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası” filialının, fakültədə Jurnalistika Araşdırma Mərkəzinin yaradılması da məhz Yalçın müəllimin təşəbbüsü ilə baş tutub. Respublika mətbuatında müntəzəm çıxış edən peşəkar jurnalist, tədqiqatla daim məşğul olan, səmərəli araşdırmalar aparan alim, eyni zamanda, fakültə Elmi Şurasının sədri, universitet Elmi Şurasının üzvü olub.
İki il əvvəl, 83 yaşında fani dünyanı tərk etmiş professor Yalçın Əlizadənin səmərəli fəaliyyəti “Əməkdar jurnalist” fəxri adı, “Tərəqqi” medalı və 3-cü dərəcəli “Əmək” ordeni ilə qiymətləndirilib.          

Əli NƏCƏFXANLI 
XQ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:300
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri