Icma.az
close
up
RU
Kabuslu ev Virciniya Vulfun hekayəsi

Kabuslu ev Virciniya Vulfun hekayəsi

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Azad Yaşarın tərcüməsində Virciniya Vulfun "Kabuslu ev" hekayəsini təqdim edir.

Virciniya Vulf (1882-1941). Əsl adı Adelina Virciniya Stiven olan britaniyalı şairə, romançı, tənqidçi, novella ustası, naşir, esseçi və feministdir.

Avropa ədəbiyyatında modernizmin əsas nümayəndələrindən biri sayılır.

Havaxt oyansaydım, buradakı qapılardan biri mütləq qapanırdı. Əl-ələ tutan bir cüt kabus bu otaqdan digərinə keçər, hər küncə-bucağa baxar və sanki nələrdənsə xatircəm olmaqdan ötrü yan-yörələrinə baxınardı.

Qadın, adətən deyirdi: "Burada qoyub getmişdik". Kişi təsdiqləyirdi: "Hə. Burada da". Sonra qadın mızıldanırdı: "Üst mərtəbədə də". Kişi pıçıldayırdı: "Bağçada da". Sonra əlavə edirdilər: "Gəl, səs-səmir çıxarmayaq, yoxsa yatanları oyadarıq".

Halbuki bizi oyandırmaları imkansız görünürdü. Amma yox, insanoğlu bəzən: "Onu axtarırlarsa, pərdənin ardına da baxacaqlar", desə belə, bunun ardınca hələ bir neçə səhifə də oxumağı bacarır. Tam əmin olduqdan sonra isə: "Hə, deyəsən, tapdılar", deməklə, əlindəki qələmi səhifənin lap kənarında saxlayır. Oxumaqdan bezdiyi üçün o, yerindən qalxar, evdə yad kimsənin olmadığına, qapıların taybatay açıq qaldığına şahid olar, o ara alabaxtaların zövqlə necə quruldaşdığına və fermada işləyən xırman dəzgahının qaldırdığı səs-küyə hələ qulaq da kəsilə bilər. "Niyə gəlmişdim axı buraya?! Nə axtarırdım görən?!" Əllərim bomboş idi. "Bəlkə aradığım şey elə üst mərtəbədədir?!"

Mansarda da almalar var. Sonra yenidən aşağı qata enirəm, bağça hələ də öz əvvəlki görünüşünü qorumaqdadır: sadəcə bir kitab sürüşüb, gömgöy otların arasına düşüb.

Amma gəzə-gəzə onu qonaq otağında tapmışdılar. Yo-o-x, heç gözə dəymirdilər. Almalar ilə qızılgüllərin əksi pəncərə şüşələrinə düşmüşdü, bağdakı bütün yarpaqlar isə yamyaşıl idi.

Qonaq otağına keçdikləri vaxt almanın sadəcə sarı yanağını görəsiydilər. Az sonra qapı açılsaydı, yerə sərilən, divardan asılan və ya tavandan sallanan bir şey tapılacaqdı: amma nə? Əllərim bomboş idi. Xalının üzərində qaratoyuğun kölgəsi bir görünüb, bir yox oldu, səssizliyin ən uzaq guşəsindən isə alabaxtanın tanış qurultusu yüksəldi.

Evin nəbzi pəsdən dilə gəldi: "Güvəndəyik, güvəndəyik, güvəndə". Sonra o nəbz atışlarında bir fasilə yarandı: "Xəzinənin gömüldüyü otaq…" Ah, yoxsa burada hələ xəzinə də gömülübmüş?

Az sonra işıq qismən ölgünləşdi. Bəlkə bayırda, bağçada gömülüb o? Amma ölüvay gün işığının önünə ağaclar dərhal qara bir pərdə çəkdilər. Hər şüşənin ardında görüb-sezməyə can atdığım günəş şüası zərif və nadir rastlanan bir şüşənin altında tədricən, həm də soyuqqanlı biçimdə qeybə qarışdı.

Ölüm imiş şüşə, hə, ölüm buralarda, aramızda dolaşırmış: əvvəlcə, yəni yüzlərlə il öncə, həm də əvvəlcə qadını aparmağa gəlibmiş ölüm və bu evi tərk edibmiş. Getməzdən öncə pəncərələri yaxşıca qapadığından buradakı bütün otaqlar zülmətə qərq olubmuş. Qadını atıb gedən kişi əvvəl Şimala, sonra Şərqə tərəf üz tutubmuş, Cənub səmasına səpələnmiş ulduzların tamaşasına durandan sonra axtardığı evi o, Daunsun aşağı tərəflərində tapıbmış. Məhz o an evin sevincdən qanad taxan nəbzi: "Güvəndəyəm, güvəndəyəm, güvəndə" deyə atmağa başlayıbmış.

"Qoy xəzinə də sizin olsun!"

Hər iki cinahı boyu ağaclar əkilən yolda vıyıldayır külək. Gah sağa, gah sola əyilən ağacların isə qəddi bükülübdür. Çılğınlıqla ora-bura uçuşan yağış damlaları Ay işığında bərq vurur. Pəncərədən süzülən şamdanın işığı solğundur. Dimdik duran şam isə qımıldamadan yanır, əriyir. O bir cüt kabus evin içində vurnuxur, pəncərələri açır, oyanmayaq deyə, pıçıltıyla danışır, itirdikləri o bəxtəvərliyi tapmaqdan ötrü hər küncə-bucağa göz gəzdirirlər.

Qadın deyirdi: "Biz burada yatardıq". Kişi əlavə edirdi: "Öpüşməkdən də heç doymazdıq". "Səhər gözlərimizi açınca…"

"Ağacların arasından gümüşü rəng süzülərdi"

"Üst mərtəbədə"

"Bağçada"

"Hə, yay gələndə"

"Qışda qar yağanda da".

Uzaqlarda qalan qapılar isə, eynilə bir qəlbin qapıları misalı, qapanırdı.

Budur, onlar bir az da yaxına gəlir və qapının kandarında karıxıb-qalırlar. Külək səngiyir, yağış damlaları şüşə boyu gümüşü şırımlar açaraq, axıb gedir.

Gözlərimizin önü qaralır, ardımızda hər hansı ayaq səsi-filan eşitmirik artıq. O kabus qadının öz gen yapıncısını necə açdığını görməm imkansızlaşır. Kişi əlləriylə fənərin önünü qapayıb, pıçıltıyla deyir: "Baxsana, necə mışıl-mışıl yatırlar. Dodaqlarında da saf sevgi tumurcuqlayıb".

Önə tərəf əyilməklə, gümüş lampanı o, bizə sarı yönəldir. Sonra bu cütlük təmkinlə və uzun-uzadı bizi süzür. Yerində lal-dinməz dayanır.

Külək püykürdüyü üçün lampanın işığı titrəyib, yana doğru əyilir. Ayın sirli şüaları isə yerdə və divarda bir-biriylə kəsişir, sonra onlar əyri-üyrü sifətlərdə, dalğın üzlərdə, yatanlara tamaşa edən və öz itirilən bəxtəvərliklərini hələ də soraqlayan bir cüt çöhrədə əks olunur.

Evin qəlbi bu səfər qürurla: "Güvəndəyik, güvəndəyik, güvəndə", deyə çırpınır. Köksünü ötürən kişi isə deyir: "İllər sonrası".

"Təkrar tapdın məni". Qadın pıçıldayır: "Bax, burada yatar, bağçamızda kitab oxuyar, deyib-gülər, mansarın döşəməsi boyu almaları bir-birimizə tərəf dığırladardıq. Xəzinəmizi də biz elə buradaca qoyub, getmişdik".

Önə doğru əyildikləri zaman əllərindəki lampanın işığı gözlərimi qapayan örtükdən süzülməyə başlayır. Evin nəbzi o dəm əsl çılğınlıqla atır artıq: "Güvəndəyik, güvəndəyik, güvəndə!" deyə atır. Yuxudan oyanıb, bağırıram: "Gömülü xəzinəniz bu imiş sizin?! Ürəkdəki işıqdır da o".

"Ədəbiyyat qəzeti"

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..." Şəhriyarla münasibətləri pozulmuş Azərbaycan şairi - ARAŞDIRMA DTX "Hürriyyət" redaksiyasında əməliyyat keçirdi - Vüqar Məmmədov saxlanıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Noyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see394

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see371

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see336

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see335

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see258

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see255

“Moody’s” ölkəmizin kredit reytinqini yüksək dəyərləndirib

10 Avqust 2026 19:00see252

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see250

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see241

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see225

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see224

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see220

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see219

Avqustun 12 də nə baş verəcək?

11 Avqust 2026 02:17see214

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see203

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see202

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see200

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see200

Zukerberq süni intellektin mərkəzləşdirilməsindən imtina etməyə çağırıb

11 Avqust 2026 07:49see198

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri