Kadidən “Neftçi” ilə oyuna görə çağırış Video
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ"ın futbolçusu Kadi Borges komandanın azarkeşlərinə müraciət edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi azarkeşləri Ağdam təmsilçisinin Misli Premyer Liqasının 31-ci turunda "Neftçi"yə qarşı keçirəcəyi matça dəvət edib:
"Salam, "Qarabağ" azarkeşləri! Kadi sizi salamlayır. Qarşıdakı oyuna gəlib bizi dəstəkləməyinizi gözləyirik. Çünki siz bizim üçün çox önəmlisiniz. Siz bizi stadiondan dəstəkləyəndə inanılmaz dərəcədə fərq hiss edirik. Oyuna gəlin, birlikdə qələbə qazanaq!"
Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçı saat 20:00-da başlayacaq.
Baxış sayı:128
Bu xəbər 17 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















