Icma.az
close
up
RU
Kadırov azərbaycanlıları təhdid edir, amma o, unutmamalıdır ki...

Kadırov azərbaycanlıları təhdid edir, amma o, unutmamalıdır ki...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çeçenistanın rəhbəri Ramzan Kadırov AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulmasına görə onu ittiham edən azərbaycanlıları hədələyib:

“Əgər siz məni əsassız olaraq günahlandırır və təhqir edir, şərəf və ləyaqətimi alçaltmağa cəhd göstərirsinizsə, o zaman uca Allaha and olsun ki, mənim ailəmin şərəf və ləyaqətini qoruyacaq qanun yoxdur”.

Ramzan Kadırov daha sonra sözlərini belə davam etdirib:

“Hər şeydən istifadə edəcəm. Xalqımın, tayfamın, ailəmin və mənim şərəf və ləyaqətimi ləkələmək istəyənlərə heç vaxt təslim olmayacam. Mən hər şeyi edəcəyəm və sizə layiqli cavab verəcəyimə söz verirəm”.

Kadırovun sözlərini Modern.az-a şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli vurğulayıb ki, özünü və ətrafını qanunlardan üstün tutan istənilən şəxsin başqalarını təhdid etməsinə cinayət kimi baxır:

"Əvvala qeyd edim ki, Azərbaycan vətəndaşları, bütövlükdə isə azərbaycanlılar tərəfindən Ramzan Kadırovun təhqir edilməsi, həmçinin sözügedən şəxsin ifadə etdiyi kimi, “xalqının, tayfasının, ailəsinin şərəf və ləyaqətini ləkələmək” istəyinin özünü büruzə verməsi faktı ilə qarşılaşmamışam. Əgər onun iddia etdiyi kimi belə hallar olubsa, kimliyindən asılı olmayaraq, nəinki bu və digər insanın, bütövlükdə canlı aləmdə mövcud olan hər şeyin təhqir olunmasına, alçaldılmasına olduqca neqativ münasibət bəsləyən biri kimi, belə hallara olduqca neqativ yanaşdığımı bildirirəm. Həmçinin, eyni zamanda düşünürəm ki, Ramzan Kadırov, ətrafı və faktoloji əsas olmadığı üçün onlarla əlaqələndirmədiyim, ancaq sosial mediada, Azərbaycana qarşı bütün sərhədləri keçən ifadələrə yol verənlər unutmalı deyillər ki, emosional şəkildə dilə gətirilən cümlələrdə yer alan sözlərin “keyfiyyətinə” və sıralanmasına diqqət yetirmək lazımdır. Yenə də kimliyindən asılı olmayaraq, özünü və ətrafını qanunlardan üstün tutan istənilən şəxsin başqalarını təhdid etməsinə və linçlə hədələməsinə qanunların aliliyinin qorunmasını hər şeydən üstün sayan bir insan kimi cinayət kimi yanaşıram və belə halların aradan qaldırılmasını zəruri hesab edirəm".

E.Mirzəbəyli vurğulayıb ki, Ramzan Kadırov Rusiya vətəndaşı olduğunu unutmamalıdır:

"Ramzan Kadırov Rusiya vətəndaşıdır və unutmalı deyil ki, o, Rusiya Federasiyasının 89 federal subyektindən birinin rəhbəri kimi, həm də qanunların aliliyinin qorunmasına görə hüquqi məsuliyyət daşıyır. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330-cu maddəsinə əsasən hüquqi məsuliyyət yaradır. Rusiya Fedeerasiyası Cinayət Məcəlləsində 330-cu maddənin dispozisiyası kəsişən 158 və 159-cu maddələrin tələblərini nəzərə alsaq, vəzifəli şəxslərin bu qəbildən olan davranış və təhdidləri ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Zənnimcə, Ramzan Kadırov, uzun müddətdir ki, Rusiya Federasiyasının subyektlərindən birinə rəhbərlik etdiyi üçün qanunların tələblərindən irəli gələn vəzifələri də yaxşı bilməlidir". 

Deputat söyləyib ki, qabaqdangəlmişlik etmək lazım deyil:

"Digər tərəfdən, Ramzan Kadırov çoxsaylı günahsız insanın ölümün səbəb olan Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulmasının ertəsi günü “Çeçenistanın hava məkanınında “dron”ların vurulmasına görə, federasiya subyektinin təhlükəsizlik şurasının katibi və yaxın qohumu Həmzət Kadırovu medalla təltif etməsinin doğurduğu reaksiyanı da təbii qəbul etməli və bu dəhşətli faciənin ertəsi günü belə bir motivli təltifin, bütövlükdə təltifetmə mərasiminin nə üçün gerçəkləşdiyinin sivil, siyasi-hüquqi dillə izahını verməlidir. Qabaqdangəlmişlik etmək lazım deyil. Təyyarənin kimin göstərişi ilə vurulduğunu və icraçıların kimlər olduğunu istintaq müəyyənləşdirəcək. Hadisələri tezləşdirmək istəmirəm. O zaman kimin dil-dil ötdüyünü, kimin qanun qarşısında susduğunu görəcəyik.

Biz Azərbaycan vətəndaşı, azərbaycanlı olmaqla yanaşı, qafqazlıyıq və Qafqazda, tarixin heç bir dönəmində dərəbəylik, özbaşınalıq yaxşı qarşılanmayıb. Əgər baş veribsə də belə cavabını artıqlaması ilə alıb. Azərbaycan Respublikası öz vətəndaşlarının qanuni hüquqlarını müdafiə etmək gücündə və əzmindədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri