Kadr çatışmazlığı ilə bağlı layihə hazırlanır Səhiyyə naziri
Icma.az bildirir, Unikal.az portalına istinadən.
"Səhiyyə sahəsində kadr çatışmazlığı ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birlikdə müzakirələr keçirib və layihə hazırlanıb. Təklifimiz Tibb Universitetinə və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yönəldilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, bu, baza təhsili almış və 1 il ərzində xüsusi təhsil almış ailə həkimləri ilə bağlıdır: “Bu, məsələnin akademik tərəfidir. Digər tərəfi isə onların sosial müavinətləridir. Yəni, onlar üçün regionlara getmək məsələsi cəlbedici olmalıdır. Bu məsələ ilə bağlı layihə hazırlanıb. Düşünürəm ki, növbəti 2 ildə ilkin səhiyyə xidmətlərində əsaslı dönüşü görəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 06 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















