Icma.az
close
up
RU
Kadr hazırlığına ciddi əngəl törədəcək AMEA dan ETİRAZ

Kadr hazırlığına ciddi əngəl törədəcək AMEA dan ETİRAZ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda ali təhsilin doktorantura pilləsinə qəbul 3 mərhələli imtahanla aparılır. Xarici dili, fəlsəfə və ixtisas bilikərinin yoxanılması verilən ardıcıllıqla həyata keçirilir. Xarici dil kimi müəyyən edilmiş dillər ingilis, alman və fransız dilləridir. Sözügedən dillərin yalnız birindən imtahan verilir və bu namizədin seçimindən asılıdır. 
Doktoranturaya sənəd verən magistranlar tərəfindən imtahan üçün standart dil kataloquna görə narazılıqlar olur. Təkliflər müəyyən başqa xarici dillərin siyahıya əlavə olunması ilə bağlıdır. 

İmtahan proqramına digər beynəlxalq dillərin daxil edilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Modern.az-a açıqlama verib. Qurumdan bildirilib ki, ölkədə doktoranturaya qəbul prosesində yalnız ingilis, alman və fransız dilləri xarici dil kimi qəbul edilməsi məqsədəuyğundur:

“Bu qərarın məqsədi elmi kadrların beynəlxalq standartlara uyğun yetişdirilməsini təmin etməkdir. Həmin üç dil UNESCO tərəfindən qəbul olunub və dünyanın elmi potensialı olan ən çox inkişaf etmiş dillər hesab edilir”.

Rus dilinin qəbula xarici dil kimi salınmaması məsələsinə aydınlıq gətirən qurum rəsmisi bildirib ki, hazırda post-sovet məkanında, o cümlədən Azərbaycanda, rus dili bilən kifayət qədər çox saylı insanlar var:

“Əgər rus dili xarici dil kimi qəbul prosesinə daxil olsa, kütləvi müraciət yaranar və qəbul sonrası müəyyən mənfi nəticələr olar. Bu isə elmi kadrların hazırlanmasında ciddi əngəl törədə bilər".

Qeyd edək ki, Prezidentin 2022-ci il 28 iyul tarixli sərəncamı ilə ölkədə elmi fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi funksiyası Azərbaycan Milli Elmlər Akademiyasından alınaraq Elm və Təhsil Nazirliyinə verilib. Bununla belə, 2023-cü il 3 noyabr tarixi ilə təsdiq edilmiş nizamnamədə AMEA elmi fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində birbaşa deyil, bilvasitə iştirak edə biləcəyi göstərilir.

Elm və Təhsil Nazirliyi isə yaxın gələcəkdə doktoranturaya qəbul prosesində və digər əlaqəli məsələlərdə əməli addımlar atacağını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri