İspaniya millisinin final hazırlığına hava əngəl oldu
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq İspaniya millisinin son məşqi əlverişsiz hava şəraiti səbəbindən ləğv olunub.
“Qafqazinfo” “Reuters”ə sitinadən xəbər verir ki, Nyu-Cersi ştatında baş verən güclü ildırım və leysan yağışı səbəbindən komandanın Melanie Lane Təlim Mərkəzində keçirilməsi planlaşdırılan açıq hava məşqi təhlükəsizlik məqsədilə baş tutmayıb.
ABŞ-də qüvvədə olan təhlükəsizlik qaydalarına əsasən, ildırım müşahidə edildiyi halda açıq havada məşqə icazə verilmir.
İspaniya Futbol Federasiyası (RFEF) futbolçuların hazırlığını qapalı məkanda davam etdirdiyini açıqlayıb.
Eyni hava şəraiti Argentina millisinin Morristaun şəhərindəki məşqinə də təsir göstərib və komandanın hazırlığı təxminən 45 dəqiqə gecikib.
Qeyd edək ki, İspaniya və Argentina arasında keçiriləcək 2026-cı il dünya çempionatının final oyunu sabah “MetLife Stadium”da baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 İyul 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















