Icma.az
close
up
RU
Kafedə dava: Kişi sevgilisi ilə mübahisə etdi, onun tanışına xəsarət yetirdi

Kafedə dava: Kişi sevgilisi ilə mübahisə etdi, onun tanışına xəsarət yetirdi

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda 1982-ci il təvəllüdlü Əfqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əmraha (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 31 dekabr 2023-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən kafedə baş verib. 
Əfqan kafedə Əmrahla mübahisə edib və mübahisə zamanı o, Əmraha yumruqla vuraraq ona xəsarətlər yetirib. 
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 31-də işdən çıxdıqdan sonra Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində fəaliyyət göstərən adsız kafedə əyləşərək pivə içib: “Bu zaman kafedə qonşu masada əyləşən, sonradan Əmrah kimi tanıdığım şəxslə aramızda xatırlamadığım səbəbdən mübahisə yarandı. Yaranmış mübahisə nəticəsində mən sərxoş olduğum üçün yumruq ilə Əmrahın sifət nahiyəsinə zərbə vurdum. Sonradan hadisə yerinə polis əməkdaşları gəldi və bizi Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə apardılar. Əmrahı əvvəllər tanımamışam. Mübahisə zamanı kafedə mən, Əmrah və kafeni işlədən şəxs olub. Bizim ikimiz də içkili olmuşuq. Kimin kimin üzərinə birinci getdiyini xatırlamıram. Kafenin sahibi qadın idi. Hadisəni içkili olduğu üçün tam xatırlamıram”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əmrahın sözlərinə görə, dekabrın 31-də, təxminən saat 17 radələrində qeyri-rəsmi münasibətdə olduğu Səbinə və dostu Fəqan ilə birlikdə Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində kafedə əyləşərək yeni il bayramını qeyd etmək üçün ora gediblər: “Orada əyləşərkən qonşu masada Səbinən tanışı Əfqan və onun qeyri-rəsmi münasibətdə olduğu Gülarə adlı qadın da kafedə əyləşmişdilər. Səbinənin təşəbbüsü ilə Əfqan və onun qeyri-rəsmi münasibətdə olduğu qadın da bizim masaya dəvət olundular. Biz orada yemək sifariş edərək birlikdə çörək yedik. Həmin vaxt da hamımız spirtli içki qəbul etdik. Bir neçə dəqiqə sonra kafeyə Səbinənin rəfiqəsi Rəsmiyyə adlı qadın da gəldi”.
Zərərçəkmiş qeyd edib ki, bu zaman Səbinə Rəsmiyyə onu göstərib və “bu idi mənim xalam qızı ilə kafedə əyləşib yemək yeyən” deyib: “Rəsmiyyə “bəli” cavabı verdi və Səbinənin verdiyi sualı təsdiqlədi. Həmin vaxt Səbinə qısqanclıq edərək mənimlə mübahisə etməyə başladı. Səbinə baş nahiyəmə bir neçə dəfə yüngül şəkildə vuraraq nə üçün xalası qızı Fatimə ilə görüşdüyümü sual verdi. Səbinənin hərəkətləri məndə qıcıq yaratdığı üçün ayağa qalxaraq onu itələdim və belə bir görüşmənin olmadığını bildirdim, Rəsmiyyənin dediklərinin yalan olduğunu bildirdim. Bu zaman orada mübahisə böyüməyə başladı. Bizimlə birgə masada əyləşən Əfqan mənim üzərimə gələrək sifət nahiyyəmə bir neçə yumruq zərbəsi vurdu Bundan əlavə Rəsmiyyə də üzərimə gələrək bədənimin müxtəlif yerlərinə cırmaq atdı. Sonra isə hadisə yerinə polis əməkdaşları gələrək bizi Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə apardı. Həmin vaxt Əfqan və Səbinə bu barədə şikayətçi olmamağımı məndən xahiş etdilər. Buna uyğun olaraq da mən polis əməkdaşlarına döyülməməyimi bildirdim. Əfqan lazımdırsa mənə tibbi köməklik edəcəyinə vəd versə də, əməl etmədiyini görərək sonradan hadisə ilə bağlı polisə məlumat vermək qərarına gəldim”. 
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 2 il 1 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsin üzərinə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Fevral 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri