Kafedə musiqi sifariş etmək üstündə dava salan müştəriyə hökm oxundu
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Bədəlovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.
İttihama görə, hadisə bu il Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən “Beer Coin” adlı kafedə qeydə alınıb.
Belə ki, Akif Bədəlov müştəri qismində qəbul etdiyi spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olarkən orada tanımadığı digər müştəri ilə musiqi sifariş etmək üstündə mübahisə edib. Kafedə müştəri qismində olan zərərçəkmiş Nail Əsədov (adı, soyadı şərtidir) onu sakitləşdirib obyektin qarşısına çıxarıb. Bu zaman zərərçəkmiş Akifi nalayiq ifadələrlə təhqir edib. Sonra o, Nailin boyun nahiyəsinə qəsdən sillə vuraraq, ona yüngül yetirib.
Hadisəsən sonra Akif Bədəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov


