Kahramanmaraşda Azərbaycan məhəlləsi ndəki evlərin inşası yekunlaşıb
Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi"nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşıb.
Aznews.az xəbər verir ki, müasir memarlıq üslubunda inşa edilən evlər günəş panelləri ilə təchiz olunub.
Dörd kvartalda yerləşən 26 yaşayış binası qarşıdakı günlərdə sahiblərinə təhvil veriləcək. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.
Yeni yaşayış massivi təkcə evlərdən ibarət deyil. Ərazidə müxtəlif ticarət və sosial obyektlər, parklar, istirahət yerləri, uşaq meydançaları da var.
Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 29 Aprel 2025 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















