Icma.az
close
up
RU
Keçmiş icra başçısının Avstriyada mebel mağazası var? ARAŞDIRMA

Keçmiş icra başçısının Avstriyada mebel mağazası var? ARAŞDIRMA

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyada yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyevı məxsus olduğunu iddia etdiyi mebel mağazası haqqında məlumat yayıb.

Məlumata görə, şirkətin 33 faizlik pay hüququnun oğlu Nicat Əlibəyliyə, digər 33 faizinin isə yaxın adamı olan Ramin Şükürlü adlı şəxsə məxsusdur. Qalan 34 faizi isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirilib, nizamnamə kapitalı 35.000 avrodur və Gumpendorfer küçəsi 128-də fəaliyyət göstərir.

Gununsesi.info Cavanşir Həsənlinin araşdırmasını təqdim edir:

“Bura Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyevin Avstriya paytaxtında ötən il açdığı “Belezza” mebel mağazasıdır. BELEZZA Design & Concept GmbH 2023-cü ilin oktyabrında Vyanada FN 614844 h vergi nömrəsi ilə qeydiyyatdan keçib. Şirkətin 33 faizlik pay hüququ Ziyəddin Əliyevin oğlu Nicat Əlibəylinin, digər 33 faizi onun yaxın adamı Ramin Şükürlünün, qalan 34 faizi isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirilib, nizamnamə kapitalı 35.000 avrodur və Gumpendorfer küçəsi 128-də fəaliyyət göstərir. Ötən ilin fevralın 3-də həmin ünvanda eyni adlı mebel mağazasının dəbdəbəli açılışı olub.

Qeyd edim ki, Ziyəddin Əliyevin Avstriyada fəaliyyət göstərən daha bir şirkəti – “S.M.A.N” Business Solutions GmbH 2016-cı ildə qeydiyyatdan keçib və 2023-cü il məlumatlarına görə, ümumi aktivləri 6,5 milyon avro təşkil edir. Keçmiş icra başçısı bu şirkəti Çexiyadakı digər bir şirkəti – “AZ SERVIS – NR s.r.o” üzərindən təsis edib. Ziyaddin Əliyev Ukraynada asfalt zavodunun və bir neçə şirkətin benefissiarıdır, Türkiyədən Ukraynaya müxtəlif inşaat malları ixrac etməklə məşğuldur. Məsələn, C01458122 pasport seriyasının sahibi olan sabiq icra başçısı Lvov vilayətində fəaliyyət göstərən “ALOV TOV” (MMC) üçün material alışını həyata keçirib. “ALOV” LLC Ziyəddin Əliyevin sifarişi ilə onun icra başçısı olduğu illərdə 8429, 8474 və 8479 saylı export kodları ilə 8 təchizatçıdan 77 yük idxal edib. Bu idxalın 44-ü İtaliyadan, 11-i Türkiyədən, 4-ü Almaniyadan, 2 -si Azərbaycandan, 1-i Çindən və 14-ü qeyd olunmayan ölkələrdən həyata keçirilib”, deyə jurnalist qeyd edib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri