Rubio Hindistan və Pakistan XİN rəhbərləri ilə əlaqə saxlayacaq
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
ABŞ dövlət katibi Rubio Hindistan və Pakistan XİN rəhbərləri ilə əlaqə saxlayacaqyaxın vaxtlarda Hindistan və Pakistanın xarici işlər nazirləri ilə telefon danışığı aparacaq.
APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus məlumat verib.
“Dövlət katibi hər iki ölkənin XİN rəhbərləri ilə bu gün və ya sabah danışacaq. O, digər beynəlxalq liderləri və xarici siyasət idarələrinin rəhbərlərini də vəziyyətə müdaxilə etməyə və tərəflərlə əlaqə qurmağa çağırır”, – deyə Bryus bildirib.
Xatırladaq ki, Hindistanın "PTI" agentliyi daha əvvəl xəbər vermişdi ki, baş nazir Narendra Modi təhlükəsizliklə bağlı keçirilən müşavirədə silahlı qüvvələrə Pahalgamda baş verən terror aktına cavab olaraq müstəqil qərarlar qəbul etmək səlahiyyəti verib.


