Icma.az
close
up
RU
Kainatın yad oyunu: Bir ulduz, iki fəlakət

Kainatın yad oyunu: Bir ulduz, iki fəlakət

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Astronomlar kainatın dərinliklərində nadir hadisəni müşahidə ediblər: ulduz bir deyil, iki dəfə superkütləli qara dəliklə qarşılaşıb və hər iki qarşılaşma zamanı hissə-hissə dağılıb. Bu qeyri-adi fenomen – AT 2022dbl kod adlı parlaq hadisə – qara dəliklərin və ulduz maddəsinin qarşılıqlı təsiri barədə elmi baxışlara ciddi düzəlişlər gətirə bilər.

Məlum olduğu kimi, adətən ulduz qara dəliyə yaxınlaşdıqda onun güclü qravitasiya qüvvəsi ulduzu parçalayıb maddəsini udur. Bu prosesə “tidal disruption event” (TDE) – cazibə pozuntusu hadisəsi deyilir. Lakin 2022 və 2024-cü illərdə qeydə alınan iki oxşar işıq saçması göstərdi ki, bəzi hallarda ulduz tam yox olmur, qismən dağılaraq sonradan yenidən qara dəliyin orbitinə qayıda bilir.

Hadisənin ilk mərhələsi 2022-ci ildə qeydə alınıb. Alimlər ulduzun qara dəliyə yaxınlaşaraq hissə-hissə “spaqettifikasiyaya” uğradığını müşahidə ediblər – yəni ulduz maddəsi uzanaraq nazik “quyruq” şəklində akresion diskə toplanıb. Lakin 700 gün sonra eyni səma nöqtəsində ikinci, əvvəlki ilə tamamilə uyğun bir parıltı baş verib. Spektroskopik xüsusiyyətlər, işıq intensivliyi və temperatur oxşarlığı ulduzun yenidən qara dəliklə qarşılaşdığını təsdiqləyib.

Tədqiqat nəticələri nüfuzlu The Astrophysical Journal Letters jurnalında dərc olunub. Hadisənin baş verdiyi WISEA J122045.05+493304.7 adlı qalaktikadan gələn işığın Yerə çatması 390 milyon il çəkib.

Tel-Əviv Universitetindən tədqiqatın aparıcı müəllifi Lidya Makriyanni qeyd edib ki, ulduz birinci toqquşmadan tam məhv olmadan çıxmış, uzanmış orbit üzrə hərəkət edərək iki il sonra yenidən qara dəliyə qayıtmışdır. Alimlər mümkün alternativ izahları – məsələn, təsadüfi iki hadisənin üst-üstə düşməsi, qalaktika nüvəsinin aktivləşməsi və ya qravitasiya linzası effektini istisna ediblər.

Kompüter modelləri (MOSFiT və PHANTOM kodları əsasında) göstərib ki, ulduzun kütləsi təxminən 0,1–0,4 Günəş kütləsinə, qara dəliyin kütləsi isə bir milyon Günəş kütləsinə bərabərdir. Bu parametrlər belə orbitin və ikili dağıntının mümkünlüyünü sübut edir.

AT 2022dbl hadisəsi, astronomiya tarixində ilk dəfə olaraq, ulduzun mərhələli şəkildə qara dəlik tərəfindən məhv edilməsinin müşahidə edildiyi təsdiqlənmiş hal kimi qeyd olunur. Alimlər belə hesab edirlər ki, bu cür hadisələr kainatda daha geniş yayılmış ola bilər və gələcəkdə oxşar sistemlərin aşkar olunması gözləniləndir.

“Ulduzun iki dəfə ‘ölməsi’ – elm üçün yeni suallar, qara dəlikləri isə daha dərindən anlamaq imkanı yaradır. Bu hadisə, kainatdakı enerjili proseslərin təkcə kütləvi məhvlərlə deyil, həm də mərhələli transformasiyalarla müşayiət olunduğunu göstərir.”

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri