Zelenski: Rusiya ordusunun hava zərbələri nəticəsində ikisi uşaq olmaqla altı nəfər ölüb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya ordusunun hava zərbələri nəticəsində ikisi uşaq olmaqla altı nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunu hava zərbələrini nəticəsi barəsində “Telegram” kanalında yaydığı paylaşımda məlumat verib.
Zelenskinin sözlərinə görə, hücumlar əsasən adi şəhərlərə, əsasən enerji obyektlərinə yönəlib, amma çoxlu yaşayış binalarına da zərbə dəyib.
“Zaporoje şəhərində yanğınlar, Kiyevdə binalara zərbələr olub. Kiyev, Odessa, Çerniqov, Dnipro, Kirovoqrad, Poltava, Vinitsa, Zaporoje, Çerkas və Sumı vilayətlərində ziyan dəyib. Hazırda 17 yaralı barədə məlumat var. Təəssüf ki, altı nəfər, onlardan ikisi uşaq, həlak olub”, - o bildirib. . Məzarları ruhlarına rəhmət, yaxınlarına baş sağlığı diləyirəm.
Prezident Rusiyanı diplomatiya ilə deyil, yalnız sanksiyalar və Ukraynaya silah tədarükü ilə dayandırmağın mümkün olduğunu qeyd edib.
“Artıq Avropa İttifaqının güclü sanksiya paketini qəbul etməyin vaxtıdır. Eyni zamanda ABŞ, G7 və sülh istəyən bütün tərəflərin güclü sanksiya addımlarına ümid edirik”, o vurğulayıb.
Ukrayna hava hücumundan müdafiə sistemləri və raketlərlə kömək edən hər kəsin insan həyatlarını qoruduğunu qeyd edən Zelenski “hər kəs ki, Ukraynaya uzaqmənzilli silahlarla dəstək verəcək, müharibənin sona çatmasını yaxınlaşdıracaq” deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 22 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















