Kaka məşqçi karyerasına başlamaq arzusundadır
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Milan", "Real Madrid" və Braziliya millisinin əfsanəvi keçmiş oyunçusu Kaka məşqçilik karyerasına başlamaq istədiyini açıqlayıb.
İdman.biz-in məlumatına görə, futbolçu peşəkar futboldan ayrıldıqdan sonra da oyuna sevgisini saxlayır.
"Futbolu sevirəm. Bir gün məşqçi olmaq istərdim. Bu, mənim üçün inanılmaz çağırış olardı!", - "PianetaMilan" onun sözlərindən sitat gətirir.
Daha əvvəl Karlo Ançelottinin Kakanı Braziliya millisinə məşqçilər korpusuna dəvət edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Kaka özü də bu təklifə açıq olduğunu və Ançelottinin komandasına qoşulmağa hazır olacağını bildirib.
2017-ci ilin dekabrında Kaka oyunçu karyerasını başa vurub və o vaxtdan bəri futbolla birbaşa məşğul olmayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 18 Sentyabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















