Icma.az
close
up
RU
Qisasçı düşərgənin başı üzərində “qara buludlar”

Qisasçı düşərgənin başı üzərində “qara buludlar”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Koçaryanın həbsi üçün hüquqi addımlar atılır

Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası zamanı və səsvermədən sonra etdiyi çıxışlarda seçki saxtakarlığına, seçici rüşvətinə və digər qanunsuz əməllərə qarşı sərt tədbirlər görüləcəyini bildirmiş, belə hallara yol verənlərin siyasi statusundan asılı olmayaraq hüquq-mühafizə orqanları qarşısında cavab verəcəklərini vurğulamışdı. Məsələn, seçkiqabağı görüşlərinin birində “keçmiş Qarabağ fəalı” kimi təqdim edilən Artur Osipyan Paşinyanla mübahisə etmişdi. Nikol isə həm ona, həm də ümumiyyətlə, revanşist kəsimi təmsil edən şəxslərə müraciətlə demişdi: “Rədd olun, cəhənnəm olun burdan, talançılar. Sən niyə sağsan? Sən kimsən? Osipyan, sən axı kimsən ki, mən səni tanımalıyam? Səsiniz-səmiriniz çıxmasın, sizin kökünüzü kəsəcəyik, kökünüzü... Sənin burada, İrəvanda nə işin var? Siz demirdinizmi mən sərhədi bağlamışam ki, gəlməyəsiz?..”.

İyunun 8-də isə Paşinyan parlamentdə erməni xalqını seçkilərdə qalib gəldikləri üçün təbrik etdikdən sonra bildirmişdi: “İyunun 7-də erməni xalqı öz səsi ilə dövlətə, müstəqilliyə, gələcəyə, sülhə və Ermənistana sahib çıxdı. “Üçbaşlı müharibə partiyası” darmadağın edildi. Onların kökü Ermənistandan qazılıb çıxarılmalıdır və bu, hökumətin ən vacib gündəlik məsələlərindən biri olacaq. Biz bunu gecikdirmədən, çox qətiyyətli və konkret addımlarla həyata keçirməliyik”. Daha sonra isə Ermənistan Baş naziri müxalifət liderlərini nəzərdə tutaraq, “üçbaşlı mafiya Ermənistanı tərk etmək imkanı əldə etməyi arzulayacaq, lakin belə bir imkanları olmayacaq” bəyanatı ilə çıxış etmişdi. Digər bəyanatı zamanı isə Paşinyan bildirmişdi ki, seçki rüşvətində ittiham olunan müxalifət nümayəndələri gələcək siyasi fəaliyyət imkanlarından məhrum edilməlidirlər.

Ümumiyyətlə, seçki prosesi zamanı yol verilən qanunsuzluq halları ilə bağlı hələ daha əvvəldən məlumatlar var idi. Ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvəti ittihamı üzrə “Güclü Ermənistan” blokunun tərəfdarları arasında yeni həbslər aparıldığı barədə məlumat yaymışdı. İstintaqa görə, blokun tərəfdarlarından biri Lori bölgəsində sakinlərə kirayə xərclərinin ödənilməsi üçün nağd pul paylanılmasını təşkil edib. May ayının əvvəllərində isə hüquq-mühafizə orqanları blok nümayəndələrini rüşvət təklif etmək, seçicilərə vədlər vermək və xeyriyyəçilik qaydalarını pozmaqda ittiham edən materiallar dərc edirdilər. Artıq bir nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

***

Ermənistan Baş Prokurorluğunun son günlərdə atdığı bir sıra addımlar Paşinyanın yuxarıda qeyd etdiyimiz vədləri praktik müstəviyə keçirməyə başladığını göstərir. Dünən yayılan xəbərdə bildirilir ki, Baş Prokurorluq R.Koçaryanın cinayət məsuliyyətinə cəlb olunmasına razılıq verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına təqdimat göndərib və onun toxunulmazlığı ləğv edilib. Məlumatı “Armenia Today” nəşrinə Baş Prokurorluq da təsdiqləyib. Qurum müraciətin hansı cinayət işi ilə əlaqədar olduğunu açıqlamayıb. Bildirilir ki, Koçaryan parlament seçkilərində deputatlığa namizəd olduğu üçün qanunvericiliyə əsasən toxunulmazlıq statusuna malikdir. MSK-nın məlumatına görə, Baş Prokurorluq “Ermənistan” blokundan deputatlığa namizədlər Asatur Koçaryan və Ruslan Barseqyana qarşı azadlıqdan məhrumetmə ilə bağlı qətimkan tədbirinin seçilməsinə razılıq verilməsi üçün də müraciət edib.

R.Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan mediada yayılan xəbərləri təsdiqləyərək sabiq prezidentin ölkədən çıxış hüququnun məhdudlaşdırıldığını bildirib. Onun sözlərinə görə, Koçaryan əvvəlcədən planlaşdırdığı qısamüddətli xarici səfəri həyata keçirmək istəsə də, səbəbi izah edilmədən ölkəni tərk etməsinə qadağa qoyulub.

Bu arada Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçicilərin rüşvətlə ələ alınması ilə bağlı yeni faktlar müəyyən etdiyini açıqlayıb. “Armenpress”in komitəyə istinadən yaydığı məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində “Çiçəklənən Ermənistan” partiyası nümayəndələrinin Lori vilayətinin Spitak icmasına daxil olan Qoqaran icmasında və ətraf yaşayış məntəqələrində bir sıra seçicilərə rüşvət verdiklərinə dair faktiki məlumatlar əldə olunub. Seçicilərə parlament seçkilərində həmin partiyaya səs vermələri və digər tərəfdarların cəlb edilməsinə kömək göstərmələri şərti ilə pul vəsaiti təklif edilib. Hadisə ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Komitəsində cinayət işi başlanıb, bir neçə şəxs barəsində həbs qətimkan tədbiri seçilib və zəruri prosessual hərəkətlər həyata keçirilib.

Dünən, həmçinin Ermənistan MSK Baş Prokurorluğun təqdimatı əsasında S.Karapetyanın tərəfdarı, onun yaratdığı “Güclü Ermənistan” partiyasından deputatlığa namizəd David Kazinyanın toxunulmazlıq hüququnu ləğv edib. Kazinyan vaxtilə Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin baş direktoru vəzifəsində çalışıb. Kazinyan da parlament seçkiləri ərəfəsində seçicilərə rüşvət verməkdə ittiham olunur. Daha əvvəl S.Karapetyanın bir neçə tərəfdarı da seçki rüşvəti vermə maddələri ilə həbs edilib.

Hərçənd qarşı tərəf bu ittihamları qəbul etmir və onu “tamamilə absurd” adlandırır. “Böyük ehtimalla, o, yaxın vaxtlarda saxlanılacaq, daha sonra isə barəsində həbs qətimkan tədbiri seçiləcək”, – deyə Kazinyanın vəkili Aram Vardevanyan jurnalistlərə bildirib.

***

Bütün bunlar onu göstərir ki, qarşıdakı dövr müxalifət üçün heç də asan keçməyəcək. Baş verənlərə yalnız seçki pozuntularına qarşı hüquqi mübarizə kimi baxmaq kifayət deyil. Ermənistanda formalaşan yeni siyasi vəziyyət göstərir ki, Paşinyan seçkilərdə qazandığı qələbəni sadəcə növbəti hakimiyyət dövrünün başlanğıcı kimi deyil, həm də ölkənin siyasi səhnəsini yenidən formalaşdırmaq üçün fürsət hesab edir. Seçki kampaniyası zamanı işlədilən sərt ifadələr, “üçbaşlı müharibə partiyası”, “üçbaşlı mafiya” kimi ittihamlar və indi bunun ardınca gələn hüquqi proseslər həmin xəttin davamı təsiri bağışlayır.

Diqqətçəkən məqam odur ki, istintaq və cinayət təqibi tədbirləri əsasən parlamentə düşə bilmiş və ya ciddi siyasi təsir imkanlarını qoruyan qüvvələrin nümayəndələrini əhatə edir. Koçaryanın rəhbərlik etdiyi blok, Karapetyanın siyasi komandası, eləcə də “Çiçəklənən Ermənistan” ətrafında aparılan araşdırmalar faktiki olaraq müxalif düşərgənin əsas hissəsini hədəfə alır. Bu isə Ermənistanda seçkilərdən sonrakı siyasi mübarizənin yeni mərhələyə keçdiyini göstərir. Maraqlıdır ki, Paşinyanın komandasından səslənən son bəyanatlar da qarşıdurmanın yaxın vaxtlarda səngiməyəcəyini göstərir. Hakim partiyanın deputatı Artur Ovannisyanın “Milli Assambleyada müxalifəti sərt siyasi reallıq gözləyir, onları siyasi mənada məhv edəcəyik” açıqlaması seçkilərin başa çatmasına baxmayaraq, siyasi savaşın davam etdiyini nümayiş etdirir. Bu, artıq seçki kampaniyasının ritorikası deyil, yeni parlament dövrünə verilən siyasi mesajdır.

Belə görünür ki, qarşıdakı aylarda Ermənistan gündəmi iqtisadi və sosial problemlərdən daha çox hakimiyyət-müxalifət qarşıdurması ilə zəngin olacaq. Bir tərəf seçkilərdə əldə etdiyi üstünlüyü möhkəmləndirməyə çalışacaq, digər tərəf isə baş verənləri siyasi təqib kimi təqdim edərək öz elektoratını ətrafında saxlamağa cəhd göstərəcək. Bu mübarizənin nəticəsi yalnız ayrı-ayrı siyasətçilərin taleyini deyil, həm də Ermənistanın yaxın illərdəki siyasi mənzərəsini müəyyənləşdirəcək.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri