Kallas: İsrailin hazırkı hərəkətləri artıq özünümüdafiədən kənara çıxıb
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas İsrailin hazırkı hərəkətlərinin mütənasib özünümüdafiədən kənara çıxdığını bəyan edib və atəşkəs rejiminə qayıtmağa çağırıb.
Turkustan.az xəbərdarlıq edir ki, Kallas Aİ Xarici İşlər Nazirlərinin Lüksemburqda keçirilən növbəti toplantısından sonra keçirilən mətbuat konfransında danışıb.
Bu axşam Fələstin Baş naziri Məhəmməd Mustafa ilə ilk "Aİ-Fələstin Rəhbərliyi Yüksək Səviyyəli Dialoq Görüşü"nü keçirəcəklərini xatırladan Kallas bütün AB ölkələrinin iki dövlətli həll mövzusunda həmfikir olduqlarını bildirib.
Fələstin rəhbərliyinə 3 il ərzində 1,6 milyard avroluq dəstək təklif etdiklərini bildirən Kallas, "Biz çox istəyirik ki, vasitəçilər danışıqlar masasına qayıtsınlar, atəşkəsi öhdələrinə götürsünlər, humanitar yardımlarımızı çatdırsınlar və bütün məhbusları azad etsinlər. Bunu siyasiləşdirmək lazım deyil"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 14 Aprel 2025 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















