Icma.az
close
up
RU
Kamal Kılıcdaroğlu CHP nin qurultayına gəlmədi SƏBƏB

Kamal Kılıcdaroğlu CHP nin qurultayına gəlmədi SƏBƏB

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 39-cu qurultayı keçirilir.

“Cebheinfo.az” xəbər verir ki, öncə CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun qurultay iştirakçılarına süni intellekt vasitəsilə dəstəklənən müraciəti yayımlanıb. 

CHP sədri Özgür Özel partiyasının tezliklə hakimiyyətə gələcəyinə dair mesaj verib:

“CHP-nin müxalifətdəki son qurultayına xoş gəlmisiniz”.

Özelin “Mustafa Kamal Atatürkün yandırdığı odu söndürmək gücünə heç kim nail olmayıb və heç kim heç vaxt buna nail ola bilməyəcək” - sözləri böyük coşqu ilə qarşılanıb.

Özgür Özel qurultay kürsüsündən partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlunun CHP ilə bağlı araşdırmalarının davam etdiyinə dair dediklərinə cavab verib.

Kılıçdaroğlunun təmizlənmə vədlərinə toxunan Özel deyib:

“Əgər CHP təmizlənəcəksə, bizi 25 faizə qədər məhdudlaşdırmaq istəyənlərdən, bizi ictimai meydanlardan qoparmaq istəyənlərdən təmizlənəcək. Əgər CHP təmizlənəcəksə, bizi köhnə yollara qaytarmaq istəyənlərdən təmizlənəcək. Artıq heç kim bizi məğlub etməyə öyrədə bilməyəcək”.

Özel həmçinin partiya üzvlərinə kürsüdən hakimiyyət vəd edib:

“Sizə buradan söz verirəm. Bu qurultay partiyamızın müxalifətdəki son qurultayı olacaq. 40-cı qurultay hakimiyyətdə olan ilk qurultayımız olacaq. İndi hakimiyyət vaxtıdır, indi iqtidar vaxtıdır”. 

Prezidentliyə namizədliyi barədə danışan Özel Əkrəm İmamoğlunun A-dan Z-yə qədər onun planı olduğunu söyləyib.

Qeyd edək ki, qurultaya gəlməyən keçmiş CHP sədri Kamal Kılıçdaroğlu partiyasının 39-cu qurultayı günü “Sabah” qəzetinə verdiyi müsahibədə korrupsiya iddialarına münasibət bildirib:

“Bu dövlət korrupsiya ilə əlaqəli hər kəsi, hətta sağ qolu olsa belə, kəsməli və ya rütbəsindən və vəzifəsindən asılı olmayaraq sol gözünü çıxarmalıdır”.

Kamal Kılıçdaroğlu sosial mediada paylaşdığı videodan sonra ona qarşı təhqir və təhdid kampaniyalarının artdığını bildirib və geri çəkilmədən tənqidlərinə davam edəcəyini bildirib.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri