Icma.az
close
up
RU
Kamala Harrisə məğlubiyyəti gətirən SƏBƏBLƏR

Kamala Harrisə məğlubiyyəti gətirən SƏBƏBLƏR

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

ABŞ seçkilərində Demokratların namizədi Kamala Harrisin məğlubiyyəti dünya mediasında gündəm olub.

Sfera.az bildirir ki, vitse-prezidentin qələbə qazana bilməməsinin səbəbləri araşdırılıb.

Harrisin 13 həftəlik uğursuz kampaniyası zamanı nələr baş verdi?

Demokrat namizəd ilk günlərdə heç bir açıqlama vermədi və üç həftə ərzində müsahibə təklifini qəbul etmədi. Adətən ictimai çıxışlardan qaçan Harris televiziyaya vitse-prezidentliyə namizəd Tim Valzla birlikdə ilk müsahibəsinə çıxdı. Xanım namizəd kampaniya komandasının şüarları və mesajları üzərində nəzarəti ciddi formada saxlasa da, o, həm də boşboğazlıq etməkdən qorxurdu. Eyni zamanda, tənqidçilər qeyd edirdilər ki, Harris ya nəsə gizlədir, ya da öz siyasətindən əmin deyil.

Analitiklərin fikrincə, Trampdan fərqli olaraq Harris qeyri-real bəyanatlar verirdi. İctimai yerlərdə “saxta tələffüzdən” istifadə etdiyi üçün də davamlı olaraq tənqid edilən 60 yaşlı Harris təşkil etdiyi mitinqlərdə müxtəlif irqlərin iştirakçılarına görə səsini və tempini dəyişirdi. Bu hərəkəti isə adətən məsxərəyə qoyulurdu. Harrisin lağ obyekti olan digər çıxışı isə Pensilvaniya ştatında yerləşən kilsədə baş tutmuşdu. Onun burada din xadimi kimi danışdığı bildirilirdi. 

Məlumata görə, onun daha bir uğursuz kampaniyası keçmişdə işlədiyi yerlə bağlı çıxışı olub. Belə ki, Harrisin kampaniyaçıları bildirdilər ki, o, universitetin birinci kursdan ikinci kursa kimi Kaliforniyadakı bir “McDonald's”da işləyib. Lakin respublikaçılar bu məlumatı “zəhmətkeş bir amerikalı kimi görünmək üçün irəli sürülən uydurma bəyanatdır” ifadəsi ilə ləkələməyə çalışıblar. Digər tərəfdən, “New York Times” qəzeti Harrisin məktəb yoldaşından müsahibə alaraq sözügedən açıqlamasını sübut edəcək heç bir fotoşəkil və ya qeydin olmadığını yazdı. “Harris yalan danışır?” adlı başlıqlarla yayımlanan məqalələr isə mübahisəyə səbəb oldu. Bu prosesdən istifadə edən Tramp “McDonald's”ın Filadelfiyadakı filialında çalışaraq böyük rəğbət qazandı, həmçinin bununla Harrisin açıqlamasını lağ obyektinə çevirdi.

Analitiklər qeyd edirlər ki, Harris tez-tez ona verilən suallara mürəkkəb cavablar verirdi. Nəticəsiz cümlələr quran Harris sadə və başa düşülən cavablar vermədiyi üçün bu da onun uğursuzluğu kimi qiymətləndirilib. Ümumilikdə, onun əksər çıxışları ilə bağlı sosial mediada, “Kamalanın bütün danışdıqları saxtadır, vədləri səmimi deyil”, kimi fikirlər üstünlük təşkil edib.

Günay 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Noyabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri