Icma.az
close
up
RU
“Tramp Kamala Harrisə verdikləri dəstəyə görə erməniləri bağışlamayacaq” Əcnəbi politoloqlar

“Tramp Kamala Harrisə verdikləri dəstəyə görə erməniləri bağışlamayacaq” Əcnəbi politoloqlar

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistan bu gün təəssüf ki, ölməkdə olan ölkədir. Ermənilər öz ölkələrindən qaçır, orada özləri üçün nə iqtisadi, nə də siyasi gələcək görürlər”

ABŞ-dakı erməni dayaq məntəqələri Trampın dövründə ciddi böhran vəziyyətinə düşüb. Ən görkəmli ermənipərəst lobbiçilərdən biri, alovlu azərbaycanofob keçmiş senator Menendez rüşvətxorluq və korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib, indi isə erməni maraqlarını fəal şəkildə himayə edən və maliyyələşdirən digər struktur- USAİD agentliyi təmizlənib. Xüsusilə, USAID-in 2024-cü ildəki ən son təşəbbüslərindən biri yaddaqalan oldu- Ermənistana maliyyə yardımı göstərilməsini 2 dəfədən çox- 120 milyon dollardan 250 milyon dollara qədər artırılması. İndi İrəvan bu yardımı ümumiyyətlə görməyəcək. Təsadüfi deyil ki, dünyanın bir çox ölkələri USAİD-i açıq şəkildə “casus” təşkilatı adlandırırlar, çünki bu təşkilat siyasəti Vaşinqtonun maraqlarına heç bir şəkildə uyğun gəlməyən ölkələrin dövlət əsaslarını sarsıdıb.

Beləliklə, indi biz nə görürük: Trampın erməni lobbisinə, ABŞ-dakı ermənipərəst mexanizmlərə məqsədyönlü hücumu, yoxsa yeni prezidentin komandasının ABŞ-ın maraqlarına cavab verməyən səmərəsiz siyasi idarəetmənin maliyyələşdirilməsi üzərində qurulmuş Baydenin təşəbbüslərinin irsini optimallaşdırmaq cəhdidir? Xarici politoloqlar bu suallarla bağlı fikirlərini “Caliber” analitik mərkəzinə bildiriblər. Ekspertlərin şərhini oxucularımıza təqdim edirik.

“Ermənistanı maliyyələşdirməyin ABŞ-a nə faydası var? Heç bir faydası yoxdur”

İsrailli politoloq, beynəlxalq ekspert, ravvin Mixail Finkelin fikrincə, Tramp və Mask praqmatikdir və ABŞ prezidentinin son çıxışı xüsusi olaraq ümumi xərclərə qənaətə həsr olunub.

“Trampın çıxışında dediyi kimi, ABŞ 2025-ci ildə ABŞ büdcəsindən bir trilyon dollar qənaət etməyi planlaşdırır ki, bu pullar axmaqlığa, anlaşılmaz təşkilatların maliyyələşdirilməsinə və yalançı illüziya məqsədlərə xərclənməyəcək. O, həmçinin qeyd edib ki, indi ABŞ münaqişələr, inqilablar və Amerikanın rifahı ilə bağlı olmayan şeylər üçün pul ödəməyəcək. İndi Baydenin xüsusi məqsədlər üçün səxavətli əli ilə maliyyələşdirdiyi büdcələrdə sadəcə məqsədyönlü bir azalma var.

İcazə verin sizə bir neçə nümunə verim. Amerika iki ölkə istisna olmaqla, bütün ölkələri maliyyələşdirməyi və yardım etməyi dayandırdı. Bu, əslində Amerikanın peyki olan və Siam əkizləri kimi onunla qaynayıb-qarışan İsraildir, həmçinin Misirdir. Niyə Misir? Fakt budur ki, bu, Yaxın Şərqin ən böyük ölkəsidir və ona maliyyə yardımını dayandırsa, hakimiyyət yenidən İslam fundamentalistlərinin əlinə keçə bilər.

Tramp həmçinin Ukraynaya yardımı dayandırdı və bu həftə ABŞ-dakı bütün Fələstin təşkilatlarının ofisini bağladı, Fələstin Muxtariyyətinə maliyyə yardımını dayandırdı”,- politoloq vurğulayıb.

Onun sözlərinə görə, demokratların ənənəvi olaraq erməni məqsəd və maraqlarına verdiyi dəstəklə də eyni şey baş verir.

“Bu, hazırkı administrasiyanın mənasını görmədiyi üçün sona çatır. Yəni respublikaçılar üçün, xüsusən də Tramp üçün siyasi və iqtisadi praqmatizm çox vacibdir. Üstəlik, Azərbaycanla qarşılıqlı fəaliyyətdə ABŞ-ın maraqlarını və Ermənistanla qarşılıqlı fəaliyyətdə ABŞ-ın maraqlarını iki tərəziyə qoysaq, Azərbaycanın üstün olacağı aydındır. Bu, perspektivli, güclü, sürətlə inkişaf edən, enerji resursları ilə zəngin, böyük intellektual potensiala malik ölkədir. Halbuki Ermənistan bu gün təəssüf ki, ölməkdə olan ölkədir. Ermənilər öz ölkələrindən qaçır, orada özləri üçün nə iqtisadi, nə də siyasi gələcək görürlər. Belə bir Ermənistanı maliyyələşdirməyin ABŞ-a nə faydası var? Heç bir faydası yoxdur. Bundan əlavə, biz görürük ki, erməni tərəfi hələ tam sülhə getməyə hazır deyil, Ermənistan ərazisindən Naxçıvana nəqliyyat dəhlizi məsələsi hələ də həllini tapmayıb.

Onu da qeyd etmək lazımdır ki, Trampın erməni lobbisinə qarşı şəxsi kini var, çünki o, Demokrat Partiyası ilə bağlıdır və ABŞ-da demək olar ki, bütün Demokrat administrasiyalar “erməni soyqırımı”nı tanıyıb və Ermənistanı dəstəkləyiblər. Onlar seçkilərdə Kamala Harrisi dəstəklədikləri üçün Trampın şəxsi düşmənləridir və Tramp belə təhqirləri bağışlamır. Lakin ermənilər kimi Fələstin tərəfdarları da Kamalaya dəstək verdilər, çünki demokratların onlara hər şeyi verəcəklərinə ümid edirdilər. Ona görə də Tramp onların hamısının maliyyəsini kəsib və onları çox sərt şəkildə cəzalandıracaq, o, belə şeyləri necə bağışlayacağını bilmir”,- M. Finkel əmindir.

“USAİD-in Ermənistanı dəstəkləmək üçün başlatdığı proqramların taleyi böyük sual altındadır”

“A+Analytics tədqiqat mərkəzinin rəhbəri, qazaxıstanlı politoloq Fərhad Kasenov”un fikrincə, ABŞ-dakı erməni lobbisi təbii ki, ciddi taktiki səhvə yol verib. Bütün yumurtalarını bir səbətə yığaraq, demokratların qələbəsinə açıq stavka etdi və indi bunun əvəzini ödəyir.

“Onu da qeyd etmək lazımdır ki, erməni lobbisi tərəfindən biz regionda baş verən hadisələrə real qiymət verilməsini və rasional mövqe ifadəsini görmürük. Azərbaycan öz suverenliyini qorudu və BMT tərəfindən tanınan sərhədlərə qayıtdı. İndi Bakı iqtisadi, sosial və siyasi komponentlərini fəal şəkildə inkişaf etdirir, Ermənistan isə hələ də erməni diasporunun və onun radikal hisslərinin təsiri altındadır. Və bu, təbii ki, son dərəcə qeyri-sağlam bir vəziyyətdir.

Düşünürəm ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası bütün dünyada sosial sərmayələrinin total auditini təşkil edərək, USAID agentliyinin işini dondurduqda, bu addımı konkret olaraq erməni lobbisinə zərbə kimi hesablamadı. Bugünkü tədbirlərin mahiyyəti, ilk növbədə, USAID-in büdcə vəsaitlərini nə dərəcədə səmərəli xərclədiyini öyrənmək, bu cür tədbirlərin gələcəkdə ABŞ üçün nə dərəcədə zəruri və faydalı ola biləcəyini başa düşmək üçün onun fəaliyyətinin auditini aparmaqdır.

Bununla belə, bu və ya digər şəkildə agentliyin Ermənistanı və onun maraqlarını dəstəkləmək üçün başlatdığı proqramların taleyi indi böyük sual altındadır – və burada erməni lobbisi Vaşinqtonun qərarlarını gözləməli olacaq və nə vaxta qədər də bəlli deyil. Bu halda biz demokratların irsini optimallaşdırmaqdan danışırıq. Bu, ABŞ-da erməni lobbisinin fəaliyyətinə və Ermənistanın maliyyələşməsinə mənfi təsir edəcəkmi? Əlbəttə ki, edəcək”- Kasenov vurğulayıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Fevral 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see246

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see174

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see144

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see143

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see141

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri